Daş-qaş əvəzinə özünə bilik yığsan daha çox tanınarsan, ən qiyməli daşı salıb itirə bilərsən, ən sadə biliyi səndən heç kəs ala bilməz. Əbül Fərəc
Dost kimi görünən yaltaqlar, fərqli olmağa çalışan sadə insanlar, arxamızdan qurulan oyunlar.. qayda həmişə eynidir: Gül və keç. Duqlas Noel Adams
Dünyaya necə göründüyümü bilmirəm; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm. İsaak Nyuton