A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Acıma – bu, hər bir fərddə eqoizm hissini öldürərək, bütün nəslin qarşılıqlı saxlanmasına imkan yaradan təbii bir hissdir. Jan Jak Russo
  • Amerikada Prezident dörd il hökmranlıq edir və jurnalistika əbədi olaraq idarə edir. Xoşbəxtlikdən, Amerikada jurnalistika öz nüfuzunu ən kobud və ən qəddar ifrat həddə çatdırdı. Təbii nəticə olaraq o, üsyan ruhu yaratmağa başlayıb, insanlar öz xasiyyətlərinə uyğun olaraq bundan əylənir və ya ondan iyrənirlər. lakin o, artıq real qüvvə deyil. Ciddi müalicə olunmur. İngiltərədə jurnalistika, bir neçə tanınmış hal istisna olmaqla, bu qədər vəhşilik həddinə çatdırılmamış, hələ də böyük amil, diqqətəlayiq gücdür. İnsanların şəxsi həyatı üzərində tətbiq etməyi təklif etdiyi tiranlıq mənə olduqca qeyri-adi görünür. Oskar Uayld
  • Ata-ananın övlada məhəbbəti təbii, övladların ata-anaya məhəbbəti isə iradidir. Nəsirəddin Tusi
  • Aydındır ki, təbii qanunlarla tanışlıq Allahın ağlı ilə burada ifadə olunan tanışlıqdan heç də az məna vermir. Ceyms Preskott Coul

B redaktə

  • Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
  • Bərabərlik, ən təbii, eyni zamanda xam xəyal kimi bir şeydir. Volter
  • Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
  • Bir qadın sizi milyoner edə bilər, təbii ki əgər siz miiyardersinizsə. Bob Dilan
  • Böyük yükləri daşımaq üçün təbii ki, mənim maşınım idealdır. Rudolf Dizel
  • Bütün canlı məxluqların qəribə bir qüsuru var. Bu, sirli, naməlum və anlaşılmazlıqlar qarşısında təbii bir qorxu, vahimə, tabe olmaqdır. Qorxudan, dəhşətdən maarifdən, elmdən istifadə etməklə xilas olmaq olar. Qay Yuli Sezar

D redaktə

  • Dindarların və əxlaqsızların təbii olaraq bir-birlərini tapdıqları bir gerçəkdir. Corc Oruell
  • Dünyadakı bütün insanlar dünyanın təbii nemətlərindən istifadə etmək və hörmət edilmək kimi eyni hüquqa malikdirlər. Lev Tolstoy

E redaktə

  • Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. Vudi Allen

Ə redaktə

  • Əgər qeyri-şərtsiz hər bir şeyin xarici amillərin yox, təbii amillərin ucbatından öldüyünü və yaxud bir daha cansızlaşdığını qəbul etsək, onda bunu da qəbul etməliyik: "Həyatın məqsədi ölümdür". Arxaya boylansaq görərik ki, "cansız varlıqlar canlılardan çox-çox əvvəl mövcud idi". Ziqmund Freyd
  • Əgər istedad təbii meyillərin inkişafıdırsa, möhkəm iradə instinktlər, maraqlar, maneələr və əngəllər üzərində iradənin qələbəsi, hər cür çətinliyi qəhrəmancasına dəf etməsidir. İradə istedaddan daha çox qürur predmeti ola bilər və olmalıdır. Onore de Balzak

G redaktə

  • Gözəllik – Allahın fəzilət ayəsidir. Hər bir təbii addım gözəldir. Ralf Uold Emerson

H redaktə

  • Hamımız seksual varlıq kimi doğulmuşuq, Allaha şükür, heyf ki çoxları bu təbii hədiyyəni korlamaqla məşğuldur. Merilin Monro
  • Hər fərdin öz şərtlərini yaxşılaşdırmağa istiqamətli təbii səyləri, qıraqdan ediləcək hər hansı bir köməkdən çox daha faydalıdır və cəmiyyətdə sərvət və rifahın artması üçün kifayətdir. Adam Smit

İ redaktə

  • İdrak məxluqda elə bir qabiliyyətdir ki, özünün bütün qüvvələrinin tətbiqinin qaydaları və məqsədlərini təbii instinktlərdən daha uzağa genişləndirir və öz imkanlarına sərhəd tanımır. İmmanuel Kant

K redaktə

  • Kapitalizmin təbii qüsuru- maddi nemətlərin qeyri-bərabər bölünməsi; sosializmin təbii üstünlüyü- yoxsulluğun bərabər bölünməsidir. Uinston Çörçill
  • Kişi ilə qadın arasındakı seks çox yaxşı şey ola bilər. Təbii ki, əgər lazım olan kişi ilə lazım olan qadının arasındasınızsa. Vudi Allen

M redaktə

  • Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür. Yanin İpaxorskaya
  • Müharibə də təbii bir hadisə kimi qəbul edilməlidir. Otto Diks

Ö redaktə

  • Özünün təbii ağlına güvənən yalnız qədim kitablara inananlardan daha düzgün mühakimə edəcək. Rene Dekart

R redaktə

  • Riyaziyyatçılar aşiqlər kimidir. Onlardan birinə ən kiçik bir qanunu verin, o ondan bir nəticə çıxaracaq, təbii ki bu nəticəni qəbul etməniz lazım olacaq, o da bu nəticədən başqa bir nəticə çıxaracaq. Nikolay Kopernik
  • Roma imperatoru V Karl deyir ki, Tanrı ilə ispan, dostlarla fransız, düşmənlə alman, qadınla italyan dilində danışmaq yaxşıdır. Ancaq əgər o rus dilinə bələd olsaydı, təbii ki, rus dilini də bu sıraya əlavə edərdi. Çünki rus dilində ispan dilinin əzəmətini, fransız dilinin canlılığını, alman dilinin möhkəmliyini, italyan dilinin zərifliyini, üstəlik, şəkillərdəki yunan və latın dillərinin zənginliyini, yığcamlığını tapmaq olar. Mixail Lomonosov

S redaktə

T redaktə

  • Təbii ki bir insanı sevə bilərsiniz, əgər onu kifayət qədər tanımırsınızsa. Çarlz Bukovski
  • Təbii poza saxlanması olduca çətin pozadır. Oskar Uayld
  • Tərəqqi və təbii fəlakətlər eyni sikkənin ön və arxa hissəsidir. Hanna Arendt

İstinadlar redaktə