Bu biznesin sarsılmaz qanunlarıdır: söz - sözdür, izahat - izahatdır, vəd - vəddir və yalnız icra olunma – gerçəklik deməkdir. Harold Qenin
Bütün Hunlаrа istisnаsız оlаrаq şəxsi və milli qеyrət xаsdır. Bu, vаcib qəhrəmаnlıqdır. Əgər söz vеrmisənsə, о, bütün istənilən fikirlərdən, həttа siyаsi məqsədəuyğunluqdаn dа üstündür. Аmmа еşidilən vədi vеrməzdən əvvəl düşünmək lаzımdır. Atilla
Elə bir insan yoxdur ki, o, həzdən imtina etsin. Hətta dinin özü axirət dünyasında müqayisəedilməz dərəcədə böyük və daha qiymətli sevinclər vəd etməklə, yaxın vaxtlarda həzdən imtina etmək tələbini əsaslandırır. Ziqmund Freyd
İnsanın vicdanı insanı daha yaxşı şeylər axtarmağa təşviq edir və bəzən ona əvvəlcə narahat və xoş olmayan, amma yeni həyat vəd edən şeylər xatirinə köhnə, rahat, sevimli, amma ölməkdə və çürüməkdə olanlardan imtina etməyə kömək edir. Aleksandr Blok