Ağıllının xəzinəsi bilikdir, ağılsızın xəzinəsi var-dövlət. Ərəb atalar sözləri
Allahın xəzinəsi yoxluqdur. Yəni Allah varlıqları yoxluqdan yaratmışdır. Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən? Mövlana Cəlaləddin Rumi
Ata xəzinədir, qardaş dayaqdır, dost isə həm xəzinə, həm də dayaqdır. İngilis atalar sözləri
Azərbaycanda yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir. Həsən Əliyev
Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.[1]Cəfər Xəndan