Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır. (ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox. Mark Tulli Siseron
Ağızınızdan çıxanlara daim fikir verin. Çünki bir sözü unutmaq bir üzü unutmaqdan çox daha uzun vaxt alır. Lui Araqon
Axmağın qəzəbi onun sözlərində, ağıllının qəzəbi onun əməllərində özünü büruzə verir. Konfutsi
Aristotel "Gözəl söz nədir?" sualına cavab olaraq "Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin xətrinə dəyməyən söz gözəldir" demişdir. Şarl Aleksandr Kalonn
Atalar sözləri - şəhadət barmağında daim parlayan qızıl üzükdür. Alfred Tennison
Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. Napoleon Bonapart
Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et. (Uilks)
Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib... Şeyx Ədabali
Bütün insanlar eyni sözlərdən istifadə edirlər, ancaq yenə də bir-birlərini başa düşmürlər (Oktavio Pas)
Əgər insan gün ərzində bircə xeyirxah söz eşidib, bir xeyirxah hərəkətə rast gəlib, bir xeyirxah iş görübsə, deməli, həmin günü əbəs yaşamayıb. Çin atalar sözləri
Əgər söz olmasaydı, mövcüdatı tanımaq olmazdı. Fəzlullah Nəimi
Haqqımda düşündükləriniz vecimə deyil. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, amma mən bunu sakit qarşılayıram artıq. Belə bir söz var, eşitmisiz? “Mürəkkəblə əlləri yumazlar”. Müsahibə verərkən, həmişə bu sözü xatırlayıram. Lars fon Trier
İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
Səbrdən danışmağı sevmirəm. Bu sözü lüğətinizdən çıxarın. Onore Mirabo
Səmimiyyətlə deyilən söz ürəklərə tez yol tapar. Jan de Labrüyer
Söz azadlığını qanunlar həll edə bilməz. Öz düşüncəni deyibdə cəza almamaq üçün, cəmiyyətin də bunu qəbul etməyi vacibdir. Albert Eynşteyn
Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar. Əhvədi.
Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar ədavət və düşmənçilik də. (Tolstoy)
Söz bütün faktların, bütün fikirlərin geyimidir. Maksim Qorki.
Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir”. Həzrəti Əli
Söz dərman kimidir- qədərində olsa, müalicə edər; qədərini aşsa, öldürər. Viktor Kambon
Söz dinləməyi bilməyən söz dinlətməyi bilməz. Aristotel
Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.[2]