Xar
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
Ə
redaktə- Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası. Aşıq Ələsgər
G
redaktə- Gər çox istərsən, Füzuli, izzətin, az et sözü,
Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Məhəmməd Füzuli - Gül getdi xar qaldı, güldən yadigar qaldı. Azərbaycan atalar sözləri/G
H
redaktə- Hünər — zər, hünərsiz — xar. Özbək atalar sözləri
- Hünərli ər xar olmaz. Özbək atalar sözləri
İ
redaktə- İpək necə xar olub, eşşəyə cidar olub! Azərbaycan atalar sözləri/İ
Q
redaktə- Qənaət əzizlər, tamah xar edər. Məhsəti Gəncəvi
N
redaktə- Nakəslərə yoldaş olan xar olur. Azərbaycan atalar sözləri/N
O
redaktə- O, bir xəzinədir, qorusan əgər,
Yoxsa zəhmətlərin olacaq hədər.
Sənindir gül olsun, o, yaxud tikan,
Özün əkdiyini xar etmə aman.
Qoyma övladını kamanxanaya,
Boynunu əlinlə keçirmə yaya,
Kaman düzəltsə də iki yüz batman,
Oğlun olmayacaq sənin ox atan. Əhvədi - Olmayan şeyi axtaran xar olar. Ərəb atalar sözləri
P
redaktə- Palıd əyiləndə sınar, igid xar olanda. Qaraqalpaq atalar sözləri
S
redaktə- Sənətkar olan xar olmaz. Türkmən atalar sözləri
Y
redaktə- Yiyəsiz bağ günün günorta çağı xar olar. Talış atalar sözləri
Z
redaktə- Zəhməti bülbül çəkər, gülü qucar yenə xar. Azərbaycan atalar sözləri/Z
- Zəlillik ürəyə ağrılar salar,
Zülmə dözənlərin sonu olar xar. Nizami Gəncəvi