Yüngül
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Başını sərin, mədəni yüngül, ayağını isti saxla. Rus atalar sözləri
D
redaktə- Daş nə qədər ki, yerindədir - ağırdır, tərpətdin - yüngül gələcək. Gürcü atalar sözləri
- Dost qalmaq? Soyumuş lavanın arasında sönmüş hisslərlə balaca bağ salmaq? Yox, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, o da çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur. Erix Mariya Remark
E
redaktə- Eşşəyin yükü yüngül olanda oynamağı gələr Azərbaycan atalar sözləri/E
- Eşşəyin yükü yüngül olsa soncuqlar. Türkmən atalar sözləri
H
redaktə- Havalı, yüngül, harda gəldi büdrəyən, ilişən fikrin cilovlanması xoşbəxtlikdi. Xoşbəxtliyin yolu susdurulmuş fikirdən keçir. Dhammapada
Q
redaktə- Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun. Məhəmməd peyğəmbər
- Qazanclı yük yüngül olar. Azərbaycan atalar sözləri/Q
Ş
redaktə- Şair yüngül qanadlı müqəddəs bir şeydir; ilham eşitmədən özündən keçmədən ağılı başında ikən bir şey yarada bilməz. Platon
T
redaktə- Tənbəl işçiyə yüngül çəkic də ağır gələr. Alman atalar sözləri
V
redaktə- Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur. Artur Şopenhauer
Y
redaktə- Yüngül ağrılar danışa bilər, amma, dərin ağrılar dilsizdir. Seneka
- Yüngül azarın dərmanı yeməkdir. Fin atalar sözləri
- Yüngül işi qurtarmağa tələs, ağır işdə tələsmə. İndoneziya atalar sözləri
Mənbə
redaktə- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
- Dünya xalqlarının atalar sözləri. Bakı,2015