A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A Redaktə

  • Almaniyanı məğlub etmək lazımdır - bu, təkcə Rusiya üçün deyil, bütün imkanları qabaqda olan ən böyük Slavyan dövlətləri üçün, həm də Avropa dövlətləri üçün ölüm -dirim məsələsidir. Almaniyanın məğlubiyyəti ümumavropa irticasının məğlubiyyəti və Avropa inqilablarının yeni dövrünün başlanğıcı olacaq. Leonid Andreyev
  • Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan. Paulo Koelyo

C Redaktə

  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld

D Redaktə

  • Dəftər eyni olduğu müddətcə, yeni bir səhifə açmağın nə əhəmiyyəti var? Tom Robbins

E Redaktə

  • Ey yüksələn yeni nəsil, gələcək sizindir. Respublikanızı biz qurduq, Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz. Mustafa Kamal Atatürk
  • Eyni alətin çoxlu sayda olmasından ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət ancaq simfonikliyin məhsulu ola bilər. Tur Xander

F Redaktə

  • Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo

G Redaktə

  • Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo

H Redaktə

  • Hansısa yeni ideyanın cücərə bilməsi üçün onu böyük ideyaların qızmar günəşindən qorumaq lazımdır. Əbu Turxan
  • Hər bir dövr yeni ideyaları əldə etməklə yeni göz də əldə edir və insan ruhunun qədim əsərlərində çoxlu yeni şeylər görür. Heyne
  • Hər gün insan üçün yeni bir həyatdır. Beyker
  • Hər yeni dəqiqə bizim üçün yeni həyat başlayır. Cerom Klapka Cerom
  • Hər yeni doğan körpə yeni bir dünya deməkdir. Barış Manço
  • Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır. Volter
  • Hərənin öz əqli olmur; əql universaldır, sadəcə kim onun qanadlarında daha uzağa uça bilirsə, o da yeni biliklər fəth edir. Əbu Turxan

İ Redaktə

  • İdeya heç vaxt ölmür; ona yiyələnən hər bir yeni şəxsin simasında o öz növbəti həyatını yaşayır. Əbu Turxan
  • İdeya zaman hüdudlarını keçərək nə vaxtsa yeni bir iradə ilə birləşir və keçmiş yenidən canlanır. Əbu Turxan

O Redaktə

  • O günü, o saatı bədbəxt say ki,yeni bir şey öyrənməmişsən və öz təhsilinə heç nə əlavə etməmisən. Yan Komenski

P Redaktə

  • Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur. Yan Komenski

Y Redaktə

  • Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. Volter
  • Yeni bilik daxil olduğu sistemdə təməl kimi qəbul olunmuş ənənəvi biliklərlə dil tapa bilmirsə, sistem onu ya kənarlaşdırır,ya da özü dağılır; ən məqbul yol isə dili dəyişməkdir. Tur Xander
  • Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət” dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər. Robin Şarma
  • Yeni ideya vəhşi at kimidir; sənə xidmət etməsi üçün gərək əvvəlcə onu ram edəsən. Əbu Turxan
  • Yeni qərarlar qəbul etməyəni yeni problemlər gözləyir. Frensis Bekon
  • Yeni nəsil, ən böyük respublikaçılıq dərsini bu günki müəllimlər birliyindən və onların yetişdirəcəkləri müəllimlərdən alacaq. Mustafa Kamal Atatürk
  • Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.[1]
  • Yeni yolla gedən insanın zəkasından nadir heç nə yoxdur. Volter

İstinadlar Redaktə

  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.397