Zarafat
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ancaq öküz zarafatı anlamır. Qaraqalpaq atalar sözləri
B
redaktə- Bir adam cavanlığın ilk çağlarında nəfsini şəhvətdən qoruya bilsə, qəzəbinin qarşısını ala bilsə, dilini saxlaya bilsə, özünü ələ almağa adət etsə, belə adam üçün bu cür tərbiyə çətin olmaz, dəlilərin çənginə keçməkdən qorxmaz, nalayiq söz və söyüşlərə məhəl qoymaz, cürbəcür təhqiramiz tənələrə dözüb özündən çıxmaz, əksinə, belə danışıqlara gülər, onları zarafata salıb üstündən keçər. Nəsirəddin Tusi
- Bir insan var imiş, bir insan da var imiş, başqa bir insan da var imiş.. Zarafat etdim! Bu zamanda harada var bu qədər insan?! Çarlz Bukovski
C
redaktə- Ciddinin arxasında zarafat gizlənirsə bu ironiya, zarafat arxasında ciddi olan zarafatdırsa bu yumordur. Artur Şopenhauer
Ə
redaktə- Ən mühakiməsiz ürəkdə elə simlər var ki, onları titrəməyə məcbur etmədən toxunmaq olmaz. Həyatla, ölümlə zarafat etməyə hazır olan insanlar arasında ümidini ititmiş insanın gülməyə cürətinin çatmadığı nəsə bir şey var. Edqar Allan Po
H
redaktə- Həddən artıq zarafat etmək alim üçün qüsurludur. Sədi
İ
redaktə- İzah olunmuş zarafat zarafatlığını saxlaya bilmir. Volter
Q
redaktə- Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi
M
redaktə- Mən zarafat edəndə həmişə həqiqəti söyləyirəm. Həqiqət - dünyada ən gülünc şeydir. Məhəmməd Əli
- Mənim zarafat tərzim doğrunu söyləməkdir. Doğru dünyadakı ən gülməli zarafatdır. Corc Bernard Şou
N
redaktə- Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. Nəsirəddin Tusi
Y
redaktə- Ya Rəbb, Sənə qarşı oynadığım kiçik zarafatları bağışla və mənə qarşı oynadığın böyük zarafatları bağışlayacağam. Robert Li Frost
- Yazmayan adamların başa düşmədiyi bircə şey var. Onlar elə bilirlər ki, biz qurduğumuz cümlələri şüurlu şəkildə yazırıq. Əslində isə bunu şüursuz edirik. Zarafat edərkən də əvvəldən düşünüb etmirəm. Eləcə zarafat edirəm və nə dediyimin həmin an fərqinə varıram. Sonra da gülürəm. Çünki bunu elə mən də birinci dəfədir eşidirəm özümdən. Vudi Allen
- Yumor - zarafat arxasında gizlənən ciddilikdir. Veys
Z
redaktə- Zarafat həqiqətin qasididir. Adıgey atalar sözləri
- Zarafat sahibini qiymətdən salar, dinləyicini qəzəbləndirər. Ərəb atalar sözləri
- Zarafat şərrin müqəddiməsi, bütün bəlaların bələdçisidir. Qabusnamə
- Zarafat üzlərin tökər suyunu, Artırsan pisliklə qurtarar sonu. Əhvədi