Zirvə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
B
redaktə- Bütün pisliklərin zirvəsi- bu, vətəndaş müharibəsində qələbə çalmaqdır. Mark Tulli Siseron
D
redaktə- ...Dövlətə xidmət üçün Perikli ən çox ləyaqətlililərdən hesab edirdilər. Sülh dövründə şəhərə başçılıq edən Perikl o həmişə sülh və ədalət içində qərarlar verir, onun təhlükəsizliyini mökəmləndiridi və onun vaxtında şəhər öz qüdrətinin zirvəsinə qalxdı. Müharibə başlayan zaman aydın oldu ki, o, həmçinin müharibəyə də düzgün qymət vermiş və onu anlamışdı… Onun ölümündən sonra afinalılar əmin oldu ki, onun müharibənin gedişinə dair verdiyi hesablama və müdrikliyi necə də düz imiş... Perikl, öz müdrik ağlı və şübhə doğurmayan satılmazlığı ilə həmşəhərliləri tərəfindən yüksək hörmətə layiq bir insan kimi, insanların azadlıqlarını məhdudlaşdırmadan idarə edir və xalq kütlələrinin ehtirasına tabe omur, əksinə onları idarə edirdi. Hakimiyyətə ləyaqətsiz üsullarla can atmırdı, bununla da vətəndaşlarına yaltaqlanmır, əksinə öz nüfuzuna söykənərəq onlara qəti etiraz da edə bilirdi. O, afinalıların zamansız və həddindən artıq cəsarətli planlar quduğunu görəndə onda, onlara öz nitqləri ilə ehtiyatlılığa çağırırdı, onlar ümidsizliyə qapılanda da cəsarətə gətirə bilirdi. Ada görə bu xalqın, əslində isə birinci vətəndaşın hakimiyyəti idi. Periklin xələfləri içərisindən heç biri digərlərinə nisbətən dövlət xadimi kimi seçilmirdi, amma hamısı birinci olmaq istəyirdi və buna görə də xalqa yaltaqlanaraq hətta dövlət maraqlarını da qurban verməyə hazır idi. Fukidid
- Dünyada elə bir dağ, elə bir zirvə yoxdur ki, qətiyyət əvvəl-axır onu fəth edə bilməsin. Çarlz Dikkens
E
redaktə- Ey dostum! Doğan günəş sənin böyük qəlbini şəfəq söküləndə tənha dağın qarlı zirvəsi kimi işıqlandırmışdır. Rabindranat Taqor
H
redaktə- Haqsız bir məsələdə zirvə olmaqdansa, haqlı bir məsələdə zərrə olmağı üstün tuturam. Əbülfəz Elçibəy
- Həqiqət həmişə quyunun dibində olmur. Vacib məsələlərdə o, məncə üzdə olur. Biz onu dərələrin dibində axtarırıq, o isə bizi dağ zirvəsində gözləyir. Edqar Allan Po
- Həyanın zirvəsi insanın öz-özündən həya etməsidir. Əli
- Həyat bir dağdır. Qalxdıqca yuxarıya baxırsan və sən xoşbəxtsən, elə ki, zirvəyə çatırsan, eniş başlayır və irəlidə isə ölüm var və sənin dağa qalxmağın yavaş-yavaş, enişin isə tez-tez olur. ("Əziz dost" romanından). Gi de Mopasson
X
redaktə- Xristianlıqda insana münasibətdə ikilik var. Bir tərəfdən insan yıxılmış və günahkar bir varlıqdır, təkbaşına ayağa qalxa bilmir, azadlığı zəifləyir, təhrif olunur. Amma digər tərəfdən, insan Allahın surəti və bənzəridir, yaradılışın zirvəsidir, o, padşahlığa çağırılır, Allahın Oğlu insan oldu və Onda əbədi insanlıq var. Allahın əbədi insanlığında insanla Tanrı arasında mütənasiblik vardır. Bu mütənasiblik olmadan vəhyin mümkünlüyünü anlamaq mümkün deyil. Vəhy təkcə aşkar edənin deyil, həm də vəhyi qəbul edənin fəaliyyətini nəzərdə tutur. İkiqatdır. Nikolay Berdyayev
İ
redaktə- İnsan haqqında biliklərin zirvəsi - gizli polis arxividir. Stanislav Eji Lets
K
redaktə- Körpə uşaq qoxusunun zəriflik zirvəsi hamını insanığa səsləyir. Qara Namazov
Q
redaktə- Qarşı tərəfdə nə olduğunu bilməsən zirvəyə qalxmamalısan. Riçard Nikson
Ş
redaktə- Şöhrət - uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur. Onore de Balzak
T
redaktə- Taleyin çarxı yel dəyirmanın pərlərindən daha sürətli fırlanır və dünən zirvəyə çatanlar bu gün zirvənin dibinə düşürlər. Miqel de Servantes
U
redaktə- Uca dağların zirvəsi həmişə duman içərisində olar. Kürd atalar sözləri
Z
redaktə- Zirvəyə aparan yol çətin olur. Latın atalar sözləri
- Zorakılıq etməmək cəsarətin zirvəsidir. Və öz təcrübəmdə zorakılıq məktəbində təhsil almış kişilərə qeyri-zorakılığın üstünlüyünü nümayiş etdirməkdə çətinlik çəkməmişəm. İllərlə bir qorxaq kimi zorakılığa sığındım. Mən yalnız qorxaqlığımı anlamağa başlayanda zorakılığı qiymətləndirməyə başladım. Təhlükə ilə üzləşdiyi zaman vəzifədən qaçan hindular bunu zorakılıq etmədikləri üçün və ya tətil etməkdən qorxduqları üçün deyil, ölmək və ya hətta xəsarət almaq istəmədikləri üçün etdilər. Canlarını xilas etmək üçün qaçan hindular, dodaqlarında təbəssümlə sinəsi çılpaq dayansaydı, həqiqətən də zorakılıq etməzdilər və özlərini şöhrətə bürüyər, imanlarına parlaqlıq qatar və müsəlman hücumçularının dostluğunu qazanardılar. Onlar öz postlarında dayanıb zərbəni geri qaytarsaydılar, daha az iş görəcəkdilər. Hindular müsəlman zorbasını hörmətli bir dosta çevirmək istəyirlərsə, ən ağır ehtimallar qarşısında ölməyi öyrənməlidirlər. Mahatma Qandi