Çay (coğrafiya)
təbii su yolu
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Balıq güzəranını çay bilər, quş niyyətini külək. Fin atalar sözləri
- Bataqlıq balığını çay balığı ilə bir yerdə bişirməzlər. Xausa atalar sözləri
- Bir çaya, bir nanəcibə, bir də buynuzlu heyvana inanma. Benqal atalar sözləri
- Bütün siyasətçilər hər yerdə eynidirlər: onlar körpünü elə yerdə tikməyə söz verirlər ki, heç orda çay yoxdur. Nikita Xruşşov
ÇRedaktə
- Çay görməmiş çırmanmazlar. Tatar atalar sözləri
- Çay qurusa da yatağı qalar. Benqal atalar sözləri
- Çay min olar, çeşmə bir. Azərbaycan atalar sözləri/Ç
- Çay nə qədər dərin olsa, o qədər sakit axar. Rus atalar sözləri
- Çay nə qədər kəməndə salına - dənizə töküləcək. Teluqu atalar sözləri
- Çay suyu dənizə qarışdıqdan sonra onu geri çəkmək mümkünmü? Mehmet Murat İldan
- Çaya çatmamış çarığını çıxarma. Azərbaycan atalar sözləri/Ç
- Çaya yetmiş amada qalmış paltarını soyun. (Amada - 16 km-ə yaxın uzunluq ölçüsü). Teluqu atalar sözləri
- Çayın daşı, çölün quşu. Azərbaycan atalar sözləri/Ç
DRedaktə
- Dərsini hazırlamağı sabaha saxlayan şagird yolda çaya rast gəlib onun axıb keçməsini gözləyən insana bənzəyir. Çay dayanmadan axır, o isə dayanıb gözləyir. Horatsi
- Düşüncəni boşalt. Şəkilsiz, nizamsız ol, su kimi. İndi suyu bir kuboka doldursan, o zaman kubok olar. Onu çay dəmliyə doldur, o zaman su çay dəmliyi olar. Bax , su axar, .... . Su ol yoldaş. Brüs Li
- Dünyaya necə göründüyümü bilmirəm ; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm. İsaak Nyuton
KRedaktə
- Kimi insanlar həyatda heç bir məqsədə sahib olmadan yaşayarlar. Bu kimi insanlar, bir çay üzərində axıb gedən saman zibillərinə bənzərlər. Onlar getməz; ancaq suyun axışına qapılaraq axarlar. Seneka
QRedaktə
- Qocanı da çay aparanda "ana" deyib çağırar. Adıgey atalar sözləri
- Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş. Azərbaycan atalar sözləri/Q
ÖRedaktə
- Öz həyatını qaydaya salmağa tələsməyən adam çayın kənarında dayanıb onun bütün syyunun axıb getməsini gözləyən sadəlövhə bənzəyir. Horatsi
ŞRedaktə
- Hər hansı şəhərin bəzəyi beş şeydir: müzəffər şah, ədalətli hakim, zəngin bazar, mahir təbib və bol suyu olan çay. Şapur xan
VRedaktə
- Varlının torpağından çay keçər, kasıbınkından yol. Azərbaycan atalar sözləri/V
YRedaktə
- Yazda çay yatağında qalma, qışda - düzdə. Qırğız atalar sözləri