Ömürlük



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


BRedaktə

  • Bir insana balıq tutmağı öyrətsən, onu ömürlük bəsləyərsən. Çin atalar sözləri
  • Bu həyatda müdrik yaşamaq üçün gərək insan kamil ola. İki vacib qaydanı öncə yadında saxla: Hər nə gəldi yeməkdən, yaxşıdır insan ac qala, kimlə gəldi olmaqdansa, ömürlük tənha ol. Ömər Xəyyam

DRedaktə

  • Deyəsən, siz federal hakimləri bütün konstitusiya məsələlərinin əsas hakimi hesab edirsiniz, bu çox təhlükəli doktrinadır... Bizim hakimlərimiz... başqaları kimi partiyaya, hakimiyyətə və korpusun imtiyazlarına münasibətdə eyni ehtiraslara malikdirlər. Onların hakimiyyəti daha təhlükəlidir, çünki onlar ömürlük vəzifədədirlər və digər funksionerlər kimi seçkili nəzarət qarşısında məsuliyyət daşımırlar. Konstitusiya belə bir tək tribunal yaratmamışdır, çünki bilir ki, hansı əllərə sırınırsa, zamanın və partiyanın fitnəsi ilə onun üzvləri despotlara çevriləcək. Tomas Cefferson

ERedaktə

ƏRedaktə

  • Əriməyən buz olmadığı kimi ömürlük xoşbəxtlik də yoxdur. Viktor Hüqo

HRedaktə

  • Hər kişi həyatında mütləq bir qadını ömürlük sevər və hər qadın mütləq bir kişiyə ömür boyu əzab çəkdirər… Paulo Koelyo

İRedaktə

  • İnsanlar bir-birilərinə gül-çiçək bağışlayırlar, çünki onlarda məhəbbətin həqiqi mənası öz əksini tapır. Kim ki, çiçəyə sahib olmaq istəsə, tezliklə görəcək ki, o, solacaq və öz gözəlliyini itirəcək. Kim ki, güllərə sadəcə çəmənlikdə baxır, onları ömürlük əldə edir. Paulo Koelyo
  • İstənilən sevgi ömürlük olmaq istəyir. Elə əbədi əzabı da bundan qaynaqlanır. Erix Mariya Remark

KRedaktə

  • Kəpənək misallıdır eşq; anlamayana ömrü günlük, anlayana bir ömürlük! Nazim Hikmət

ÖRedaktə

SRedaktə

TRedaktə

  • Təbiətin sonsuz canlılığına haqq qazandıracaq bir fəlsəfəyə ehtiyacı əvvəlkindən daha kəskin hiss etdim. Atomun tükənməz fəaliyyətində, bitkilərin sonsuz bacarıqlarında, heyvanların tükənməz məhsuldarlığında, körpələrin aclığında və hərəkətində, uşaqların gülüşündə və oyununda, gəncliyin sevgi və sədaqətində, narahat şöhrətpərəstlikdə, ataların və anaların ömürlük fədakarlığı, alimlərin cəsarətsiz tədqiqatlarında və onların iztirablarında dahi peyğəmbərlərin çarmıxa çəkilməsində və övliyaların şəhadətində - hər şeydə həyatın böyüməyə və əzəmətə olan ehtirasını, əbədi yaradılış dramını gördüm. Mən özümü molekulların rəqsi və xaosu kimi deyil, o əzəmətli prosesin qısa və kiçik bir hissəsi kimi düşünməyə başladım... Ruhumun daha ədalətli bir qəlibə salınaraq məni yaşatacağını bilə-bilə ölümlə az qala barışdım. .. və mənim kiçik dəyərimin birtəhər insanların mirasında qorunub saxlanacağını anladım. Bir ölçüdə Böyük Kədər Məndən kənar oldu və hər yerdə: ölümü gördüyüm yerdə, indi hər yerdə həyatın təntənəsini gördüm. Vill Dürant
  • Tək uşağı olmaq anaya ömürlük qorxudur. Benqal atalar sözləri

YRedaktə

İstinadlarRedaktə