İçki
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir alimdən "İçkiyə niyə nifrət edirsən?" deyə soruşduqda o demişdir: "Çünki hətta kralları diz çökdürən igidlər də içkiyə məğlub olurlar".[1]Simona Veyl
- Bir kişinin içdiyi içkinin nədən ibarət olduğunu bilirsinizmi? Onun içki içdiyi o stəkana şərab deyil, arvad-uşaqlarının göz yaşları və qanı doldurulub. Alfons de Lamartin
C
redaktə- Cavanlıqda özümə söz verdim ki, nahara qədər dilimə bir damla spirtli içki dəyməyəcək. İndi artıq yaşlanmışam və səhər yeməyinə qədər bir damla spirtli içki dilimə dəyməməlidir qaydasına əməl edirəm. Uinston Çörçill
Ç
redaktə- Çox içki içən adam sirr saxlamır və vədlərini yerinə yetirmir. Miqel de Servantes
Ə
redaktə- Əgər içki zərər gətirirsə, onda bu zərər pis bir şeyin istifadəsindən yox, yaxşı şeyin pis istifadəsindən yaranır. Avraam Linkoln
- Əgər sizə böyük bir ziyanı yoxdursa, xeyirxahlıq etmək imkanını əldən verməyin. İçki içmək imkanınını isə heç bir halda əldən verməyin. Mark Tven
G
redaktə- Gecə içilən içki sabahkı gün tənbəllik və yorğunluqla üzə çıxır. Onore Mirabo
İ
redaktə- İçki içən adam şərabın zərərini, içməyən isə faydasını bilmir. Yapon atalar sözləri
- İçki içəri girən kimi, ağıl çölə çıxır. Corc Herbert
- İçki insana xas olan bütün çirkin əməllər və günahlar saxlanılan anbarın açarıdır. Məhəmməd
- İçki-işləyənlərin lənətidir. Işləmək-içənlərin lənətidir. Şahmat isə düşünənlərin lənətidir. C. Ross
- İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir. Əbu Turxan
- İçkidən sərxoş olan ayılar, var-dövlətdən sərxoş olan ayılmaz. Avar atalar sözləri
- İçkini tərgitmək istəyirsənsə, sərxoşa bax. Çin atalar sözləri
- İçkini və siqareti tullayan adam həyatın bütün hadisələrini yeni və düzgün tərəfdən işıqlandıran baxışlarının əqli aydınlığını və sakitliyini əldə edir. Lev Tolstoy
- İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir. Xaqani Şirvani
K
redaktə- Keyfiyyətcə yaxşı olmayan, amma xoş olan, keyfiyyətcə yaxşı, amma xoşagəlməz olan içkini və qidanı seçmək daha faydalıdır. Hippokrat
N
redaktə- Nə spirtli içki, nə də siqaretlə zəhərlənmə, yoxsa bütün digər tövsiyələr faydasız olacaq. Fyodor Uqlov
P
redaktə- Pambəğı oddan, cavanları içki və qumardan uzaq saxlayın. Bencamin Franklin
S
redaktə- Saat 12-dən sonra hər içki şərabdır. Camal Sürəya
- Sağlamlığı qorumağın yeganə üsulu ürəyin istəməyən qidanı yemək, xoşlamadığın içkini içmək və bəyənmədiyin işlə məşğul olmaqdır. Mark Tven
- Siz içkini müdafiə edə bilərsiniz amma içki sizi əsla müdafiə etməz. Avraam Linkoln
- Sığınacağınızı mənə deyin və şəxsiyyət vəsiqənizi dolduracağam. Bir adam depresiyaya düşdükdə meyxanaya gedirsə, sığınacağı içki şüşəsidir. Bir insan depresiyaya uğrayanda səcdə edərsə, o adam öz xilaskarını tapmışdır. Həsən Nail Canat
- Spirtli içki qida deyil, insanın düşüncə və ruhunu dəyişdirən bir təsirdir. Mattias Klaudius
Y
redaktə- Yazıçıya nə mane olur? İçki, qadınlar, pul və şöhrətpərəstlik, eləcə də içkinin, qadınların, pulun və şöhrətpərəstliyin olmaması. Ernest Heminquey
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014. səh.390.