Şad
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adamları təhqiretmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda:
- Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
- Başqalarının səhvlərini birbaşa yox, dolaysı ilə göstərin.
- Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin.
- Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
- Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
- Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. “Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun”.
- Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
- Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
- Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar. Deyl Karnegi
C
redaktə- Cavan adam kasıb da olsa, şad olur, qoca adam varlı da olsa qəmgin olur. Fin atalar sözləri
D
redaktə- Dostunun qəlbini qırsan, düşmənini şad edərsən. Sədi
H
redaktə- Həmişə kiməsə “sizinlə tanış olduğuma şadam” desəm də, əslində buna şad-zad olmuram. Amma çarə nədir, bu insan deyilən məxluqla bir yerdə yaşamaq istəyirsənsə, gərək belə deyəsən. Cerom Selincer
E
redaktə- Ev yiyəsi şad olmayanda, qonaq da bikef olar. Gürcü atalar sözləri
X
redaktə- Xoşa gələn adətlərdən biri budur ki, olana sevinəsən, itənə təəssüf etməyəsən. Belə olduqda insan həmişə şad və xoşbəxt yaşayar. Nəsirəddin Tusi
İ
redaktə- İstər şad, istər naşad - yaşamaq lazımdır. Fars atalar sözləri
Q
redaktə- Qazının yanına tək gedən şad qayıdar. Azərbaycan atalar sözləri/Q
M
redaktə- Mərd igidin qaydasıdır dünyanı var istəmək,
Bir bəşərin şad gününü mərdimazar istəməz. Aşıq Şəmşir
S
redaktə- Sizi şad edəcək üzlər görmək istəyirsinizsə, bacardığınız hər kəsə yaxşılıq edin. Alessandro Mandzoni
Ş
redaktə- Şad günün dostu çoxdu. Azərbaycan atalar sözləri/Ş
- Şad xəbəri müəmmasız deyərlər. Amxar atalar sözləri
V
redaktə- Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır. Azərbaycan atalar sözləri/V
Y
redaktə- Yazın axırında insanlar şad olur, yazın əvvəlində - heyvanlar. Kürd atalar sözləri