Bizə insanları deyil fikirləri xatırlamağımız söylənildi. Çünki bir adam yenilə, tutula, öldürülə, unudulabilər, lakin bir fikir 400 il sonra belə hələ dünyanı dəyişdirə bilər. Fikirlərin gücünə ilk əldən şahid oldum. Fikirlər uğruna ölən və öldürən insanlar gördüm. Amma fikirə toxuna bilməz, tuta bilməz hətta öpə bilməzsən. Fikirlər qanamaz, acı çəkməz və sevməzlər və darıxdığım şey bir fikir deyil, bir adamdır. 5 noyabr mənə xatırladan adam. Əsla unutmayacağım adam. V for Vendetta
Dostunuzu üz-üzə tənqid edin və şahidlər qarşısında tərifləyin. Leonardo da Vinci
Dürüst şahid doğrunu söyləyər, yalançı şahid isə hiylə tənəffüs edər… Həqiqi sözlər sonsuza qədər qalıcıdır, halbuki yalanın ömrü bir anlıqdır. Pislik hazırlayanın qəlbi hiyləgər, sülhü nəsihət edənin qəlbi isə sevinclidir. Doğru adama heç zərər gəlməz, pisin başı isə bəladan xilas olmaz. Rəbb yalançı dodaqlardan nifrət edər, amma həqiqətə uyanlardan razı qalar. Tövrat
Həyatlarımıza şahidlik edəcək birinə ehtiyacımız var. Bu planetdə milyardlarla insan var. Söyləmək istədiyim budur, hansımızın həyatının gerçək bir mənası var? Lakin evliliklərdə hər şeyə diqqət yetirəcəyinə söz verirsən. Yaxşı şeylər, pis şeylər, qorxunc şeylər, sıravi şeylər... Hamısına, həmişə, hər gün. Belə deyirsən: "Həyatın xəbərdarlıqsız olmayacaq, çünki mən xəbərdar edəcəyəm. Həyatın şahidsiz keçməyəcək çünki mən sənin şahidin olacağam. Eşqə dəvət (film)