Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
Arzu edənin bilik əldə etmək üçün zəkaya, ədəb və mərifət əldə etmək üçün gözəl əxlaqa ehtiyacı var. Çünki ağıl cəhalətin qarşısını alır, gözəl əxlaq isə qəflətin qarşısını alır. Ducanə Cündioğlu
Ataların övladları üçün qoyduqları ən yaxşı miras ədəbdir. [1]Əli
Ey mömin! Sənin canının qiymət və dəyəri bu elm və ədəbdir. Odur ki, bu iki şeyi əldə etməyə çalış! Çünki elm və ədəbin hər nə qədər artsa qədir-qiymətin də bir o qədər artar. [2]Əli
Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır. Əlif Şəfəq
Ədəbsiz, yalnız özünə pislik etməz; bütün ətrafa od salar. Su, göy, ədəb üzündən işıqlarla dop-dolu bir hala gəlmişdir; Mələk ədəb üzündən günahdan islah olunub, təmiz olmuşdur. Mövlana Cəlaləddin Rumi
Hər kəsə ki, uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur... Əli bəy Hüseynzadə
Hər şey çox olunca ucuzlaşar.. Ədəb bunun əksinədir, o çoxaldıqca dəyəri artar .. Şəms Təbrizi
Könül insanı ömrünü hədər verməz, ürəyini ucuz satmaz, ədəb tacını başından salmaz. Könül insanının həmişə üzü yerdə, qəlbi göydədir. Haqlı olanda da döyüşməyi bacarar. Döyüşə təkcə biləyi ilə yox, elmi ilə, ürəyi ilə çıxar... Şeyx Ədabali