Adi
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adamlar da cürbəcürdür: kimisi yaqut, kimisi adi daşdır. Əfqan atalar sözləri
- Adi adam öləndə ağlını tərifləyirlər, nequs öləndə - sarayını. (Nequs - Həbəşistan padşahının titulu) Amxar atalar sözləri
- Adi ehtiyacla yanaşı, sevgi-böyük tərbiyəçidir. Yaxınların sevgisi, bəxti gətirməyən insanı ehtiyac səbəbindən yaranan qanunlara riayət etməyə vadar edir. Çünki, əks təqdirdə bu qanunların pozulması müəyyən bir cəzaya səbəb ola bilər. Ziqmund Freyd
- Ancaq adi bir adam hər zaman etdikləri ilə qane olar. Uilyam Somerset Moem
B
redaktə- Bayın dostu çox olar, biyin qulağı. ( Bay - varlı, biy - adi hüquq məsələləri ezrə hakim). Qırğız atalar sözləri
- Bilinməyən, sirr, xəyali, mifik, möcüzəvi, inanılmaz və hətta dəhşətli olanı aşkar, sadə və sağlam olandan üstün tutmaq cəhalətə xasdır. Həqiqət heç vaxt təxəyyülü mövhumatlar qədər güclü şəkildə sarsıtmaz ki, hər kəsin özünə uyğunlaşdıra bilər. Adi insanlar nağılları dinləməyi hər şeydən üstün tuturlar. Kahinlər və qanunvericilər dinlər uydurur və bu nağıllardan sirlər çıxarırlar. Onlardan adi insanların xarakterinə, xasiyyətinə uyğun istifadə edirdilər. Adi camaatın bu meylinə görə keşişlər, şəriət və qanunvericilər vəcd həvəskarlarına, qadınlara və cahillərə bağlandılar. Bu məzmunda olan insanlar tədqiq edə bilmədikləri fikirləri asanlıqla qəbul edirlər. Saflıq və həqiqi sevgi ancaq təxəyyüllərini araşdırma və düşünməklə təşkil edən müəyyən insanlarda olur. Bir kəndin sakinləri heç vaxt öz keşişindən latın dilini dini nitqlərinə həddən artıq qarışdırdıqda ondan məmnun olmurlar. Cahillər, başa düşmədikləri şeylərdən danışan hər kəsi çox alim hesab edirlər. Bu, qəbilələrin sadəlövhlük prinsipi və onlara rəhbərlik iddiasında olanların təsir və hökmranlığıdır. Pol Anri Holbax
- Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdıra biləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda [[sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. Marsel Prust
D
redaktə- Daha yüksək intellektli adamların əqli enerjisi texnika vasitəsilə adi adamların həyatına müdaxilə edir və mənəvi təcavüz baş verir. Tur Xander
- Demək adi hərif öldü! Çox pis; onu canlı ələ keçirə bilmədik.
- Aprel 1945.Hitlerin intihar etdiyini eşidincə. İosif Stalin
E
redaktə- Elmlər insan ruhunun gözünü təmizləyir və yenidən açır. Ruhun gözü min dənə adi gözdən önəmlidir, çünki ancaq onun köməyi ilə həqiqəti görmək mümkündür. Platon
- Evlilikdə özünü xoşbəxt hiss edən adi insan tək-tənha yaşayan dahidən qat-qat xoşbəxtdir. Deyl Karnegi
Ə
redaktə- Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı. Frensis Bekon
- Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. Dante Aliqyeri
F
redaktə- Fərqli düşünməkdən qorxmayın. Unutmayaq ki, indi adi qəbul etdiyimiz əksər fikirlər bir zamanlar qeyri-adi idi. Bertran Rassel
G
redaktə- Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. İşiquro Kazuo
- Gözəl natiq o adamdır ki, adi şeyləri sadə, böyük şeyləri yüksək, orta şeyləri isə orta tərzdə ifadə edir. Mark Tulli Siseron
İ
redaktə- İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
K
redaktə- Kişi də adi insan ola bilər. Con Apdayk
- Kvant nəzəriyyəsi haqqında adi dildə danışmaq çox çətindir. Nəzəriyyədə istifadə olunmuş riyazi simvolları hansı sözlərlə əvəzləməyin mümkünlüyünü anlaya bilmirəm. Yalnız bir şey aydındır: Adi dil anlayışı atomun quruluşunu təsvir etməyə yaramır. Verner Heyzenberq
Q
redaktə- Qadınlar adi kişiləri xoşlayırlar. Kişilər də adi olmaq üçün əllərindən gələni edərlər. Madonna
M
redaktə- Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, məqbul biri deyiləm. Pis adamı sevdim həmişə, qanunsuzu, hərgələyi. Yaxşı işləri olan ağcaqanad qeydi təraşlı, qalstuklu tiplərdən xoşlanmam. Ümidsiz adamları sevərəm, dişləri qırıq, ağılları qırıq, yolları qırıq adamları. Marağımı çəkərlər. Kiçik sürpriz və partlamalarla doludurlar. Adi qadınlardan da xoşlanaram; corabları sallanmış, makiyajları axmış, sərxoş və söyüşbaz qadınlardan. Əzizlərdən çox azğınlar maraqlandırır məni. Sərsərilərin yanında rahatam, çünki mən də sərsəriyəm. Qanun sevməm, əxlaq sevməm, din sevməm, qayda sevməm. Cəmiyyətin məni şəkilləndirməsindən xoşlanmam. Çarlz Bukovski
- Mənim anlayışıma görə, adi bir cinayət, müharibədə adam öldürməkdən daha pis deyil. Albert Eynşteyn
- Möhtəşəm beyinlər daim adi beyinlərin şiddətli müxalifətiylə qarşılanmışlar. Albert Eynşteyn
S
redaktə- Sənin dilin gözəl və şirin; üzün isə pisliklərdən xilas olmuş kimi gülür, ya ürəyinin halı necədir? Camaat içində yaxşı görünürsən, ya tək ikən, yanında kimsə yox ikən necəsən? Göründüyün kimi deyilsən. Sən namaz qıldığın, oruc tutduğun, xeyr işləri etdiyin zaman, əgər bunları sırf Allahu təalanın razılığını güdərək etməzsənsə, nifaq üzrə və Allahu təaladan uzaq olacağını bilmirsənmi? İndi Allah üçün etmədiyin bütün işlərin, bütün sözlərin, adi və xeyli niyyətlərin üçün tövbə et. Əbdülqədir Geylani
- Səy göstərən adi adam, səy göstərməyən istedadlı adamdan daha çox şeyə nail olur. Baltazar Qrasian