Alicənablıq ona deyilir ki, nəfs bu dünyadakı şan-şöhrət, eyş və işrət kimi şeylərə aludə olmaya, onların varlığı ilə şadlanıb, yoxluğu ilə kədərlənməyə, hətta ölümdən də qorxmaya. Nəsirəddin Tusi
Alicənablığın şərti yaxşılıq etməyə yol tapmaqdır. Kəlilə və Dimnə
Dünyada üç cür alçaq var: sadəlövh alçaqlar, yəni alçaqlıqlarını ən yüksək alicənablıq hesab edənlər, alçaqlıqlarına son qoymaq istəyərkən alçaqlıqlarından utanan alçaqlar, bir də sadəcə olaraq əsil alçaqlar. Fyodor Dostoyevski
Hakimiyyət yalnız o vaxt böyük nemət olur ki, onu əldə edən adama təbiət və tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, böyük təcrübə vermişdir. Pol Anri Holbax
İnsanın əsl böyüklüyü öz miskinliyini anlamaqdan ibarətdir. Bu o deməkdir ki, müqayisə etmək və qiymətləndirmək bacarığı daxili alicənablığın sübutudur. Artur Konan Doyl
Qorxu - adamı mərdlik şərəfindən və alicənablıq dəyərindən məhrum edərək, onu miskinliyin ən alçaq dərəcəsinə endirir, ən murdar heyvanlarla bir sırada qoyur. Şeyx Məhəmməd Xiyabani