A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Amerikalılaşma nədir? Mühacirin burada hökm sürən geyimi, ədəb-ərkanı və adət-ənənələri mənimsədiyi zaman bu, səthi şəkildə özünü göstərir. O, ana dilini ümumi nitq vasitəsi kimi ingilis dilini əvəz edərkən ortaya çıxan təzahür daha əhəmiyyətlidir. Luis Brandays
  • Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bir dildə bəyan edir.Bir dil ki sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqs bağlayıbdır. Nəriman Nərimanov
  • Ana dili məhv olarkən xalq artıq yox olur. Xalqın ağzında dili hələ yaşadıqca xalq da yaşayır. Konstantin Uşinski
  • Ana dili unudulmaz. Laz atalar sözləri
  • Ana dilimdə o qədər sözlərim var ki, ağlımdakı anlayışı yaxşı ifadə edə biləcəyim sözlərin olmamasından daha çox şeyləri yaxşı başa düşmək məni ağrıdır. Leonardo da Vinçi
  • Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Heydər Əliyev/Azərbaycan dili
  • Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Heydər Əliyev/Azərbaycan dili
  • Ana dilində danışmaq böyük mədəniyyətdir. Georq Vilhelm Fridrix Hegel
  • Ana dilində təhsil almayan uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir. Konstantin Uşinski
  • Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Heydər Əliyev/Azərbaycan dili
  • Ana dilini sevməyən insan heyvandan, üfunətli balıqdan betərdir. Xose Rizal
  • Ana dilini unutmusansa, deməli özünü də unutmusan. Laz atalar sözləri
  • Ana dilini, uşaqlığının şirin müqəddəs səslərini sevməyən insan adına layiq deyil. İohann Qottfrid Herder
  • Anladım ki, ana dilim
    Ürəyimdən çıxmaz mənim
    Doğransam da, dilim-dilim. Xəlil Rza Ulutürk
  • Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz. Konstantin Uşinski
  • Bizim çox gözəl, cazibədar dilimiz var. Bəlkə də, biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də onu heç bir şeyə dəyişmək olmaz. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm. Heydər Əliyev
  • Əgər dilsiz düşünə bilmirdilərsə, uşaqlar ana dilini necə mənimsəyə bilərdilər? Dil düşüncəni təyin edərsə, onlar ilk sözləri necə öyrənə bilərdilər? Dilin mənimsənilməsi nəzəriyyəsi ilə məşğul olan psixolinqvist kimi karyeramın əvvəlindən mən belə hesab etmişəm ki, əgər uşaq dünyanı dərk edə bilmirsə və başqalarının niyyətləri barədə nəticə çıxara bilmirsə, bu mümkün deyil. Hətta daha sonra, dil öyrənmə prosesində uşaqlar digər insanlardan eşitdikləri siqnalları danışanın ehtimal ki, nə demək istədiyini öz şərhləri ilə müqayisə edirlər. Dünyanı şərh etmək, başqa insanları başa düşmək üçün əsas bacarıq olmadan bir dilə yiyələnmək mümkün olmazdı. Stiven Artur Pinker
  • Əsarətçilərin yad dili yerli xalqa rəsmi olaraq yeritməsi mümkündür, hətta öa ana dilində danışan əhalinin tərkibi nə qədər qarışıq olsa belə, mümkündür. Məsələn, Rusiya imperiyasında rus dilinin, Hindistanda ingilis dilinin, Əlcəzairdə fransız dilinin, İranda fars dilinin rəsmi olaraq xalqa qəbul etdirilməsi kimi. Məcbur edilir ki, bu pərçim olunmuş dildən iclaslarda və mediada, kitab səhifələrində, tədris vəsaitlərində istifadə edilsin. Ancaq xalqın dilinə atalar sözlərini və zərb-məsəlləri, laylaları və ağıları, mərasim və sevgi mahnılarını, nağıl və əfsanələri, bütöv bir epik düzümü zorla necə qəbul etdirmək olar? Onlar əbədidir, əzəlidir və heç bir xalq digər xalqa ana dilinin folklor ahəngini zorla qəbul etdirə bilməz. Anar
  • Əsl müdriklik sadə sözlərlə, heç bir qeyri-müəyyən qeyri-müəyyənlik olmadan danışır, lakin yadda saxlamaq lazımdır ki, sükut onun ana dilidir, çünki bu, müdriklərin insanların verdiyi sualların əksəriyyətinə ən yaxşı cavabıdır. Əli Abşeroni
  • Əsrlərdən və dövrlərdən sağ çıxaraq bizi bu günə çatdıran yeganə dəyərimiz ana dilimizdir. Nursultan Nazarbayev
  • Əvvəlcə ilkin materialı, yəni ana dilimizi, sonra isə xarici dili mümkün mükəmməlliklə öyrənə bilərik. Fyodor Dostoyevski
  • Hər bir Azərbaycan gənci... birinci növbədə, gərək öz dilini, ana dilini bilsin...Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin. Heydər Əliyev/Azərbaycan dili
  • Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir. Heydər Əliyev
  • Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir. Xüsusən bizim yazıçılarımız, ədəbiyyatşünaslarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Heydər Əliyev
  • Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və Vətənini sevdiyi kimi, ana dilini də sevir. Firidun bəy Köçərli
  • Xalqı xalq edən, milləti millət edən ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət ola bilməz. Heydər Əliyev
  • İnsanın insaniyyəti onun ana dilinə olan münasibətində aydın görünür. Fridrix Şiller
  • Layla ilə vücuda yerləşən, hafizəyə yazılan, məndə mənim olub bütövləşən, mərhəmət dilim, şəfqət dilim, qeyrət dilim, şücaət dilim - Ana dilim! Milli varlığımın tərənnüm dili, vətən dilim - Ana dilim. Füyuzat jurnalı
  • Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik. Heydər Əliyev
  • Mən sənin dilinə dəymirəm, cəllad,
    Gəl sən də bu ana dilimə dəymə,
    Sənin də bağın var, gülün var, çəkin,
    Bağıma əkdiyim gülümə dəymə. Süleyman Rüstəm
  • Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyin var, qürur hissi ilə deyərdim: bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm, ana dilim var. Cəlil Məmmədquluzadə
  • Nə qədər bir qövm və tayfa elmsiz və mərifətsiz olsa, bir o qədər onun ədəbiyyatı zəif və biməzmun olacaqdır. Hətta çox tayfalar vardır ki ədəbiyyat nə olduğunu bilməzlər. Bunlar dünya üzündə çox müddət yaşamayıb puç və zay olurlar. Tərəqqi və səadət fikrində olan və ədəbi zindəganlıq arzusuna düşən qövm və millət gərəkdir ən əvvəl öz ana dilinin vüssət və qüvvət tapmağına səy və himmət göstərsin və ədəbiyyati-milliyəsinin asari-nəfisə və təsnifati-məmduhə ilə zənginləşdirsin. Firidun bəy Köçərli
  • Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda, ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir. Konstantin Uşinski
  • Vətənçilik, milli müstəqillik və dirçəliş, tarixi ərazilərin bərpa edilməsi, ana dili, milli-demokratik cəmiyyət quruculuğu kimi məsələlər Cəlil Məmmədquluzadənin azərbaycançılıq prinsiplərinin əsasını təşkil edir. İsa Həbibbəyli.[1]

İstinadlar

redaktə
  1. İsa Həbibbəyli. Cəlil Məmmədquluzadə. Bakı: Çinar çap, 2002, s. 38-39