Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. Eyni zamanda, uşağı çox danlamaq, ona hər şeyi qadağan etməkdən də çəkinmək lazımdır, bu, sırtıqlaşmağa, acığa düşüb həmin işi bir də görməyə sövq edər (insan qadağan olunmuş şeylərə həvəskar olar); nəsihətə qulaq asmaqdan bezər, zəhləsi gedər, “qorxaq” olmadığını sübut etmək üçün bəd əməllərə başlayar, bəlkə, daha incə hiylələrə əl atar. Nəsirəddin Tusi
Təbiətə qarşı zor işlətmək lazım deyil, əksinə, ona tabe olmaqla yanaşı, arzularınız üçün təbiətdən istifadə zamanı bütün bəd əməllərinizi qəddarcasına dəf edin!". Epikür