Bataqlıq

Bataqlıq – Yer səthinin izafi rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarda suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir.

Wikipedia logo
Wikipedia logo
Bataqlıq haqqında Vikipediyada məqalə var.
Bataqlıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Axıb gedən bir bataqlığın içindəyik hamımız; amma, ulduzlara baxır bəzilərimiz. Oskar Uayld

BRedaktə

 
Bataqlıqda da dənizdə olduğu kimi məhv olmaq asandır. Lakin dənizdə ölmək bataqlıqda məhv olmaqdan yaxşıdır. Fyodor Dostoyevski

ÇRedaktə

DRedaktə

ƏRedaktə

  • Əsl sevgi çox incə bir şeydir. Onun alovu bataqlıq işığı kimi səyriyir və rəqs edərək əfsanəvi sevinc səltənətinə qovuşur. Teodor Drayzer

KRedaktə

  • Kokila manqo ağacından dupduru şəbnəmi içir, heç özünü öymür, qurbağa bataqlıq suyundan içir - vaqqıldayır. (Kokila - melodik səsi olan hind ququ quşu. Manqo dadlı meyvəsi olan ağac) Hind atalar sözləri

QRedaktə

  • Qəm-qüssəli adam itirilmiş şəxsdir. Bədbəxtlik insanı bir bataqlıq kimi özünə tərəf çəkir, lakin bəziləri vəziyyəti aydınlaşdırmaq yerinə ümidsizliyə düçar olur və oradan çıxmaq istəmir. Lev Landau
  • Qurbağa nə qədər tullana, bataqlıqdan uzağa getməyəcək. Monqol atalar sözləri

SRedaktə

  • Sənin balını yeyir, arxanca da deyir: "Güclə uddum, Borapet meyvəsi kimidir". (Borapet - çox acı meyvədir, Borapet bataqlığının adından götürülüb, orada çox bitir). Tai atalar sözləri

TRedaktə

  • Tənbəl insan iyrənc, üfunətli və hərəkətsiz bataqlıq suyuna oxşayır. Mixail Lomonosov

ÜRedaktə

YRedaktə

  • Yerə də enəndə yalnız məhəbbətin qanadlarında enmək olar. Qanadlar səni bataqlığa düşməkdən qoruyar. Əbu Turxan

İstinadlarRedaktə