Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
Başqa əsrlərin yazıçıları ilə söhbət etmək, səyahət etməyə bərabərdir. Rene Dekart
Biz nə üçünü bilmədən sevirik və insanda hər şeyi bölmədən sevirik. Biz onun üstünlükləri ilə qürur duyduğumuz kimi, zəifliklərinə də mərhəmətliyik, dəqiq söhbət bizim özümüzdən getdiyi kimi. Oliver Qoldsmit
Çalışın ki, hər kəslə söhbət edəsiniz. Ünsiyyətin ustadı olun. İnsanlarda sizin xoşunuza gələni tapmağı öyrənin, sonra isə onun bu tərəfi ilə əlaqə yaradın. Culian Smit
Öpüş üçün iki əl lazımdır. Belə çıxır ki, Adəm və Həvva üçün söhbət etmək o qədər də asan deyildi. Onlar üçün qeybətni etmək istədikləri başqa heç kim yox idi. Mark Tven
Özüm haqqında: Mən Tanrı ilə birlikdə baş əyirəm, amma söhbət etmirəm. Volter
Söhbətə layiq olan adamla söhbət etməmək,həmin adamı itirmək deməkdir. Söhbətə layiq olmayan adamla söhbət etmək isə sözləri itirmək deməkdir. Müdrik insan nə insanları, nə də sözləri itirir. Konfutsi
Uşaqlarla oynamağı və söhbət etməyi sevirəm... onlara yemək vermək və nağıl danışıb yatızdırmaq...ailədən uzaq olmaq mənim həyatımın acısıdır.. həyat. Mən evdə istirahət emtəyi, sakit oxumağı, dibçəklərdən gələn gözəl ətirləri qoxmağı, ailəmlə bir masada əyləşmək və yoldaşımla uşaqları gəzdirməyi çox sevirəm. Belə sadə şeylərdən zövq ala bilmirsinizsə sizin həyatınız dəyəri əlinizdən alınıb və siz bunu gündəlik işinizdə hiss edirsiniz. Nelson Mandela