Hava
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bir qədər əvvəl elə bilir ki, onların hamısının tərk eləmiş sağlam düşüncə və cəsarət hava işıqlananda qayıdacaq. Uilyam Qoldinq
- Bir pivəniz və hava yolu şirkətiniz yoxdursa gerçək bir ölkə ola bilməzsiniz. Bir futbol komandasi ya da nüvə silahı da köməkçi olar, amma heç olmasa bir pivəniz olmalıdır. Frenk Zappa
- Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyil ən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz,ələlxüsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur və bunun səbəbi odur ki, Qafqazın yerlərinin xasiyyəti belədir. Bizim cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abü-havası və hər bir cəhətdən səfalı və dilgüşa olmağı, onun az zəhmətlə bol məhsul götürən əhalisini cuşə gətirir. Həsən bəy Zərdabi
- Bu bir həqiqətdir ki, cəmiyyətin tarixi dönəmlərində yaranan demokratik ab-hava ayrı-ayrı zümrələrin qəzet və jurnal nəşrinə geniş meydan açır. Teymur Əhmədov
D
redaktə- Dəb qadınlara bənzər, onun da havası vardır. Corc Bernard Şou
Ə
redaktə- Əlində hava, işıq və dost sevgisi qaldısa kədər çəkmə. Yohann Volfqanq Göte
G
redaktə- Göy gurultusu hava üçün necədirsə, xəyalların puç olması da insan ruhu üçün elədir. Fridrix Şiller
- Güllə səsi qədər sürətli keçər yaşamaq: Elə çətindir ki, gülləni havada, sevgini də ürəkdə tutmaq. Murathan Mungan
H
redaktə- Həqiqətə yaxınlaşdıqca, sizin tənhalığınız daha da bütövləşəcək, tamamlanacaq. Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Hava təmiz və donuqdur, sanki hər şey daşlaşıb. Hərdən gözləriniz dolur, sizi ağlamaq tutur. Geri dönmək istəyirsiniz, amma qəlbinizin dərinliyində bilirsiniz ki, artıq çox gecdir, geriyə yol yoxdur. Qorxmayın, davam edin. Ən çətini arxada qalıb. Əlbəttə, hələ həyat sizi incidəcək, amma onunla sizi indi çox az şey bağlayır. Unutmayın ki, siz artıq ölmüsünüz. İndi siz əbədiyyətlə təkbətək qalmısınız. Mişel Uelbek
- Hərə öz zəmanəsində oturub tarix yaza bilməz; bütün ruhu ilə keçmişə köçmək, dövrün ab-havasına bələd olmaq və indiyə keçmişlə birlikdə qayıtmaq lazımdır. Əbu Turxan
İ
redaktə- İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir. Heydər Əliyev
K
redaktə- Kəndli yağış üçün dua edir, bənna - yağışsız hava üçün. Əfqan atalar sözləri
- Kimin arabasına minsən, onun da havasına züy tutarsan. Tatar atalar sözləri
Q
redaktə- Qadın ürəyi - bahar havası Yapon atalar sözləri
- Qarğa on iki hava qarıldayar: hamısı da bir cür - zəhlə tökən. Koreya atalar sözləri
M
redaktə- Mart havası kimi qərarsız. Türk atalar sözləri
Ö
redaktə- Özgə havasına oynama. Madaqaskar atalar sözləri
P
redaktə- Pis hava keçir, pis qoxu qalır. Monqol atalar sözləri
Ş
redaktə- Şimal xalqları arasında azad sevgi münasibətləri çox adidir. Bu, ola bilsin ki, soyuq hava şəraitində həyat uğrunda mübarizə aparmağın zəif inkişaf etmiş mənəviyyatı inkişaf etdirməkdən daha vacib olmasındandır. Rual Amundsen
T
redaktə- Timsah suda da yatsa, hava ilə nəfəs alır. Aşanti atalar sözləri
Y
redaktə- Ya insanlar elə edəcəklər ki, havada tüstü azalacaq, ya da tüstü elə edəcək ki, yər üzündə insanlar azalacaq. Lui Batton