Bir dəfə təsadüfən ingilis səyyahı John Franclinin kitabı əlimə düşdü. Müəllif kitabda üç həftədən çox bir müddətdə qar və boranla necə mübarizə apardığını və aclıqdan dəri çəkmələrini yediyini təsvir edirdi. Dərhal məndə belə bir hiss yaşamaq üçün istək baş qaldırdı. Rual Amundsen
Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar. Jozef Kopp
Mən tam dərk etmişəm ki, cəsurluq- qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır. Nelson Mandela
Məncə, konsensus – öz prinsip, dəyər və strategiyandan imtina prossesidir. Heç kimin inanmadığı və heç kimin mübarizə aparmadığı bir şeydir. Marqaret Tetçer
Mənim prinsipim ondan ibarətdir ki, əvvəlcə sadəcə sağ qazanmaq uğrunda mübarizə aparmaq lazımdır, daha sonra qazanmaq. Corc Soros
Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. Ernest Heminquey
Mübarizə həyat üçün şərtdir, mübarizə bitdikdə həyat yox olur. Vissarion Belinski
Şəfqətli ol. Qarşılaşdığın hər kəs çətin bir mübarizə verir. Platon
Şimal xalqları arasında azad sevgi münasibətləri çox adidir. Bu, ola bilsin ki, soyuq hava şəraitində həyat uğrunda mübarizə aparmağın zəif inkişaf etmiş mənəviyyatı inkişaf etdirməkdən daha vacib olmasındandır. Rual Amundsen
Yaşamaq istəyən mübarizə aparmağa məcburdur, kim əbədi mübarizə olan bu dünyada müqavimət göstərmək istəmirsə o, yaşamaq haqqına malik deyil. Adolf Hitler
Yaşamaq mübarizədir, mübarizə etmək - yaşamaq. Urbana Dominik