A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Acı ayrılıq miskin sevgililəri qətiyyətlə lal edir. Uilyam Şekspir
  • Ağıllı qadın heç vaxt öz üstünlüklərindən sui-istifadə etmir; kişiyə sahib olmaq üçün miskin və axmaq olmaq lazımdır. Onore de Balzak
  • Aşiq olana qədər çox miskin idim. Çünki, bəzən özümü böyük hesab etməyi çox istəyirdim. Stendal
  • Az, bacarıqsız və nadir hallarda nəvaziş göstərilən qadınlar miskin qayğılarla, iztirablarla, şöhrətpərəstliklə, pula hərisliklə, kədər, qəm-qüssə gətirən təsadüflərlə yaşayır. Gi de Mopasson
  • Başqalarının miskinliyini görəndə biz lovğa, yaxud müti oluruqmu? O, birinə bir cür, digərinə isə başqa cür təsir edir. Xarakterlərin müxtəlif olması da bunda özünü göstərir. Artur Şopenhauer
  • Dostluqda bərabər qulluq və hisslər tələb etmək- deməli, dostluğu ən çürük və miskin hesaba tabe etməkdir: xərc gəlirə bərabər olmalıdır. Əsl dostluq zəngin və səxavətlidir. O, alınandan çox veriləni hesablamır. Mark Tulli Siseron
  • Düşmən silahlansa qarşında əgər,
    Sən də qılınc vurub qüvvəni göstər,
    Lakin silah töksə qarşında düşmən,
    O miskin düşmənlə gəl vuruşma sən. Leyli və Məcnun (Nizami)
  • Əgər böyük insan olmaq istəyirsənsə, kimisə tərifləməməli, aldatmamalı, ölkənin əsl hədəfini bilməli və bu hədəfə can atmalısan. Hamı sənə qarşı olacaq, hər kəs səni dayandırmağa cəhd edəcək. Amma sən bunlara qarşı olacaqsan. Onlar sənə qarşı saysız-hesabsız maneələr yaradacaqlar. Sən bu maneələri heç kimdən kömək almadan, özünü böyük yox, miskin, zəif, köməksiz hesab edərək, yalnız özünə inanaraq dəf edəcəksən. Əgər bundan sonra sənə böyük insan desələr, sən onlara güləcəksən. Mustafa Kamal Atatürk
  • Əxlaq qaydaları vasitəsilə həqiqi olan hər şeyin saxtalaşdırılması bütün eybəcər görkəmi ilə qarşımızdadır: miskin psixologiya, — o, filosofu əyalət keşişinin səviyyəsinə endirir. Fridrix Nitsşe
  • Əxlaqın pozulması - öz növbəsində zövqün korlanmasına gətirib çıxaran dəbdəbənin qaçılmaz nəticəsidir. Əgər öz istedadlarına görə görkəmli insanlar arasında təsadüfən möhkəm ruha malik, özünü miskin yaradıcılıqla alçaltmayan birisi tapılarsa, vay onun halına! O, ehtiyac içində və yada salınmadan öləcək. Jan Jak Russo
  • Fəxr eləməyə heç nəyi olmayan miskin insan mümkün olan yeganə şeydən yapışır və mənsub olduğu milliyyəti ilə qürrələnir. Artur Şopenhauer
  • Gözəl sözlərin arxasında çox çirkin əməllər, əzəmətli görkəmin arxasında miskin bir qəlb gizlənə bilər. Ezop
  • Həyatda hər bir insanın qapısını Fortuna bir dəfə döyür. Amma insan həmin vaxt yaxınlıqdakı pivəxanada əyləşdiyindən, heç nə eşitmir. Dünyada ən miskin şey kütlədir. Ordu da kütlədir. Onlar döyüşə cəsarətli olduqlarına görə getmirlər. Onlara cəsarət verən çox olmaları və onlara əmr verilməsidir. Mark Tven
  • Kainatı idarə edən qüvvələrlə müqayisədə biz ambisiyalarımız və istəklərimizlə necə də miskin görünürük! Artur Konan Doyl
  • Kifayət qədər əsassız qısqanclıq, özünə, sevimli predmetinə bağlılıq hüququna hörmət etməyən miskin insanların xəstəliyidir. Onlarda heyvani eqoizmin pilləsində duran varlığın kiçik zülmü ifadə olunur. Vissarion Belinski
  • Qardaşlar, hətta ən geniş qəlb necə miskin bir yerdir! Fridrix Nitsşe
  • Qardaşsız miskin yigit ənsəsinə yumruq toxunsa,ağlayuban dörd yanına baxar olur. Kitabi Dədə Qorqud
  • Özünə ucuz həyat axtarandan miskin adam tanımıram. Devid Star Cordan
  • Özünü dəyişməyin necə çətin olduğunu fikirləşsən, başqalarını dəyişmək üçün sənin imkanlarının nə dərəcədə miskin olduğunu başa düşərsən. Volter
  • Tərbiyəli adam sirrini miskin adamla bölüşməməlidir. Çanakya
  • Tərəfinin saxlanıldığını hiss edən təkəbbürdən miskin heç nə yoxdur. Napoleon Bonapart

İstinadlar

redaktə