A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Dedikləri sözün arxasında duran insanların əsas nöqsanı budur, onlar düşünür ki, hər kəs onlar kimidir. Çərpələng uçuran
  • Dil nöqsanlı olarsa, sözlər düşüncəni yaxşı anlada bilməz. Düşüncə yaxşı anlaşılmazsa, edilməsi lazım olan şeylər yaxşı edilməz, vəzifələr yaxşı yerinə yetirilməz. Vəzifələr lazımi şəkildə yerinə yetirilməzsə, adətlər və mədəniyyətlər pozular. Adətlər və mədəniyyətlər pozularsa, ədalət yanlış yola düşər. Ədalət yolundan çıxarsa, çaşqınlıq içinə düşən xalq nə edəcəyini, işin haraya varacağını bilməz. Deməli: cəmiyyətdə heç bir şey dil qədər əhəmiyyətli deyil. Konfutsi
  • Durub nöqsandan danışacaqsan - dostun azalacaq. Malayal atalar sözləri
  • Dünyada heç kim qüsursuz doğulmur. Kimin nöqsanı azdırsa, o, başqalarından üstündür. Rotterdamlı Erazm
  • Əgər bizim zamanımız haqlı olaraq hər hansı bir günahda ittiham oluna bilərsə, bu, şübhəsiz ki, eqoizmdir və əgər hansısa nöqsan haqqında deyilə bilsə ki, bu, insandakı səfeh əxlaqi hissi kütləşdirir və insanı tanınmaz dərəcədə dəyişdirməyə təsir edir, eyni şeyi eqoizm haqqında da təkrarlamaq olar. Bernard Bolzano
  • Fikirlərini yaxşı ifadə edə bilməmək nöqsandır, müstəqil düşüncəyə malik olmamaq isə daha böyük çatışmazlıqdır və müstəqil fikirlər ancaq öz-özünə qazanılan biliklərdən irəli gəlir. Konstantin Uşinski
  • İki şey ağıla nöqsan sayılır,
    Yersiz susmaq ilə yersiz söz demək. Sədi Şirazi
  • İlham ilk məhəbbət kimidir, o zaman ki, ürək heyrətamiz görüşlər, ağlasığmaz gözəl gözlər, təbəssümlər və nöqsanlar ərəfəsində yüksək səslə döyünür. Konstantin Paustovski
  • İnsan əxlaqi cəhətcə nə qədər yüksəkdirsə, o qədər cəsarətlə də özünün zəif və nöqsan cəhətlərini görə bilər. Vissarion Belinski
  • İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran *Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır. Həzrəti Əli
  • Kiçik nöqsanlar böyük səhvlərə aparır. Seneka
  • Qadın var ki, ağıllı kişidə nöqsan gəzər, axmaq kişidə - ləyaqət. Gürcü atalar sözləri
  • Qocanın nöqsanını demək faydasızdır.
  • Mümkünsə fəsad əhli ilə həmqədəh olma,
    Nöqsan yetirər şənüvə biganələr içrə. Əliağa Vahid
  • Nəfsə tabe olmaq əql və kamala nöqsan gətirir və düzgün qərar çıxarmağa mane olur. Kəlilə və Dimnə
  • Onun tərbiyəsizliyi yorğan kimi bütün Yer kürəsini bürümüşdü və siz onda bir dənə də nöqsan tapa bilməzdiniz. Mark Tven
  • Rus dilini korlayırıq. Biz lazımsız yerə əcnəbi sözlərdən istifadə edirik. Biz onlardan səhv istifadə edirik. Çatışmazlıqlar, nöqsanlar, boşluqlar deyə bildiyiniz halda niyə “qüsur” deyirsiniz?.. Ehtiyac olmadan əcnəbi sözlərdən istifadəyə müharibə elan etməyimizin vaxtı deyilmi? Vladimir Lenin
  • Sözündə çoxluğa qoyma yer olsun,
    Birin yüz olmasın, yüzün bir olsun.
    Çox söyləmək sənə bəlkə asandır,
    Çox oldu desələr böyük nöqsandır. Nizami Gəncəvi

İstinadlar

redaktə