Qarğa
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Balalı qarğaya yem yoxdu. Azərbaycan atalar sözləri/B
- Bir qarğa ilə qış gəlməz. Mahmud Qaşğari
- Bülbül qarğa yuvasında da böyüyə bilər, ancaq qarıldamağı öyrənə bilməz. Benqal atalar sözləri
G
redaktə- Gecikən qarğa burnunu təmizlər. Udmurt atalar sözləri
H
redaktə- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
Q
redaktə- Qarğa cəmdək üstə yığılar. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
- Qarğa əli silahlı adamı görüb öz-özünə dedi: "Əgər onun ağlı varsa, məni vurmaz, yox əgər dəli isə - gülləsi mənə dəyməz. Abxaz atalar sözləri
- Qarğa əti yeyib. (Huşsuz adam haqqında. Etiqada görə kim qarğa əti yesə huşsuzluq bəlasına tutular). Koreya atalar sözləri
- Qarğa gül bağçasında gəzməklə bülbül olmaz. Mövlana Cəlaləddin Rumi
- Qarğa, qarğa, məndə qoz var. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- Qarğa qarğanı kor etməz. Macar atalar sözləri
- Qarğa on iki hava qarıldayar: hamısı da bir cür - zəhlətökən.
- Qarğa özün quş bilir, xaşıl özünü aş. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Qarğadan sona olmaz, lap Qanqın sularına baş vursa da. Tamil atalar sözləri
- Qarğalar hər hansı bir qarğanın göyü yox edə biləcəyini iddia edirlər. Amma bu göy üzü ilə əlaqəli heç bir məna kəsb eləmir, çünkü göy üzü qarğaların yoxluğu deməkdir. Frans Kafka
- Qarğanı qırğı bilir. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
M
redaktə- Min qarğanı qovlamağa bir daş bəs elər. Tamil atalar sözləri
Y
redaktə- Yalqız qarğanın qarıltısı eşidilməz. Qaraqalpaq atalar sözləri