- Belə məsəl çəkmiş aqil bir insan:
Qurd girməz sürüyə yatmasa çoban. Nizami Gəncəvi
- Qoyun olsa, qurd tapılar. Udmurt atalar sözləri
- Qurd balasını necə doyursan da gözü meşədə qalacaq. Tatar atalar sözləri
- Qurd ənigi yenə qurd olur. Kitabi Dədə Qorqud
- Qurd kimi həris, dovşan kimi qorxaqdır. Rus atalar sözləri
- Qurd kimidir: ya lap toxdur, ya lap ac. Osetin atalar sözləri
- Qurd qocalanda itlərə gülünc olar. Assuri atalar sözləri
- Qurd qocalıb əldən düşsə də, bir qoyuna gücü çatar. Qırğız atalar sözləri
- Qurd - qoyunla, varlı - yoxsulla yoldaş olmaz. Tatar atalar sözləri
- Qurd qurdu yeməz. Tatar atalar sözləri
- Qurd qüvvətiylə, insan fəndiylə. Udmurt atalar sözləri
- Qurd ovlayar, qurdu da ovlayarlar. Rus atalar sözləri
- Qurd sayılmış qoyunları da yeyir. Rus atalar sözləri
- Qurd üzi mübarəkdir. Kitabi Dədə Qorqud
- Qurda nə verirsən ver, gözü yenə meşədə olacaq. Rus atalar sözləri
- Qurda tuş gəlməyən keçi Kəbəyə qədər gedib çıxdı. Çeçen-inquş atalar sözləri
- Qurddan qorxan çobanın sürüsü artmaz. Çeçen-inquş atalar sözləri
- Qurddan qorxan - meşəyə getməz. Rus atalar sözləri
- Ourdla yaşasan, qurd kimi ularsan. Tatar atalar sözləri
- Qurdlarla dost ol, amma əlindən baltanı yerə qoyma. [1]
- Qurdu ayağı doydurar. Tatar atalar sözləri
- Qurdu ona görə döymürlər ki, bozdur, ona görə döyürlər ki, qoyunu yeyib. Rus atalar sözləri
- Qurdun balası qurd olacaq - insan əlində böyüsə də. Assuri atalar sözləri
- Qurdun gödəni yeddi qoyun dərisindən tikilib. [Rus atalar sözləri]]
- Qurdun gücü dişindədir. Tatar atalar sözləri
- Qurdun qarğışı qoyunu tutmaz. Qırğız atalar sözləri
- Qurdun qocalmışı cırcırama ovlayar. Çeçen-inquş atalar sözləri
- Qurdun quzuya rəhmi gəldi, yedi. Osetin atalar sözləri
- Qurdun yanında qoyun həmişə günahkardır. Fin atalar sözləri
- Dünya xalqlarının atalar sözləri. Bakı,2015.
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014