Bəzi gecələrin səhəri yoxdur, yalnız qaranlıq olaraq qalarlar. Murathan Mungan
Bir adamı səhər görsəm təsadüf olaraq qəbul edərəm, günorta eyni adamı bir daha görsəm şübhələnərəm. Axşam qarşılaşdığımızda tərəddüdsüz silahımı çəkib vuraram. Təsadüflərə inanmam. Al Kaponi
Bir insan səhər doğru yolda isə, axşam saatlarında da elə qalacaq və bundan peşman olmayacaq. Konfutsi
"Elə anlar var ki, onlar heç vaxt yaddan çıxmır, Livanda fanatik terrorçular tərəfindən qətlə yetirilmiş əsgərlərimizin ölümü kimi. Belə hadisələri yaşaya bilməyi öyrənməlisən. Amma sizə onu demək istəyirəm ki, hər səhər yuxudan oyananda mənə bu ölkəyə xidmət etmək kimi bir imkan verdiyinə görə tanrıya şükür deyirəm." Ronald Reyqan
Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski
Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər. Aleksandr Puşkin
"Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir". Torkvato Tasso