Axmaqlıq və dahilik arasındakı fərq: dahiliyin sərhədlərinin olmasıdır. Albert Eynşteyn
Ağıl geniş olduqca sərhədləri onu daha çox cıxmağa başlayır. Edmon Tiodyer
Ağıl üçün heç bir sərhəd yoxdur və axmaqlıq sonsuzdur. Yan Raynis
Arzularına sərhəd qoymayan insan azad ola bilməz. Epiktet
Aşiqliyin zirvəsində “mən” və obyekt arasında sərhədlərin pozulma təhlükəsi yaranır. Sağlam düşüncənin əksinə olaraq, aşiq iddia edir ki, "mən" və “sən” – vahid bir varlıqdır və özünü elə aparır ki, guya, əslində belədir. Ziqmund Freyd
Aydınlanmış olmaq, tamamilə işıq olmaqdır; tamamilə işıq olan birinin kölgəsi olmaz, qaranlıq tərəfləri olmaz, qorxuları, ehtirasları və sərhədləri olmaz. Robin Şarma
Bir qarış torpağı hasarlayıb “bu torpaq mənə məxsusdur” deyən və sadəlövh insanları tapıb buna inandıran adam vətəndaş cəmiyyətinin əsl qurucusudur. Dirəkləri aşıran, sərhəd kimi xidmət edən xəndəkləri dolduraraq “bu yalançıya qulaq asmaqdan ehtiyatlanın!, hər şeyin sizə, torpağın isə heç kimə mənsub olmadığını unutsanız, məhv olacaqsınız!” deyərək insanlara müraciət edən adam nə qədər cinayətlərin, müharibələrin, fəlakətlərin, dəhşətlərin qarşısını almış olur. Jan Jak Russo
Böyüklə kiçik arasında sərhəd çəkmək lazım deyil. Çünki, onların hər ikisi tək vahid üçün eyni dərəcədə vacibdir. Nils Bor
Çin hökmdarı Hunların Çin sərhədlərinə yaxınlaşmasını istəmirsə, sərhədçilərə və sərhəd boyu yaşayan insanlara sərhədlərdən uzaqlaşmağı əmr etməlidir. Mete xan
Elə biliklər var ki, bizim duyğularımız vasitəsilə əldə etdiyimiz təcrübələrin və biliklərin sərhədlərindən kənarda yerləşir və həmin sahədə axtarış aparmaq üçün duyğularımız və qazandığımız təcrübələrimiz bizə kömək etmir. Biz hiss edirik ki, həmin biliklər bizim başqa həyati təcrübələrimizdən daha yüksəkdə durur, daha alidir. Biz səhv etməkdən , ruhdan düşməkdən çəkinməyib daim araşdırmalar aparırıq ki, həmin sahədə yeni biliklər əldə edə bilək. İdrakımızın məhz təcrübə və duyğulara söykənmədən araşdırma aparan həmin hissəsini Kant təmiz idrak adlandırır və təmiz idrakın araşdırma obyektləri həm də Allah, azadlıq və ölümsüzlükdür. Təmiz idrakın araşdırdığı heç bir təcrübəyə əsaslanmayan məsələləri öyrənən elm metafizika adlanır. İmmanuel Kant
Eyni şeyi dəfələrlə edib fərqli nəticələr gözləyən insan axmaqdır. Axmaqlarla dolu dünya dözülməzdir. Çünki dahiliyin mütləq bir sərhəddi vardır, lakin axmaqlığın isə əsla … Albert Eynşteyn
İdrak məxluqda elə bir qabiliyyətdir ki, özünün bütün qüvvələrinin tətbiqinin qaydaları və məqsədlərini təbii instinktlərdən daha uzağa genişləndirir və öz imkanlarına sərhəd tanımır. İmmanuel Kant
Stiv Cobs xərçəng xəstəliyindən tamamilə gücsüz hala düşdükdə belə desək bəşəriyyətə son sitatını səsləndirmişdi. Bu sitat isə belə idi: “Mənfəət arxasınca daimi qaçış yürüşü insanı marionetkaya çevirir. Bu mənimlə də baş verdi. Allah yaxınlarımıza öz sevgimiz barədə bəhs etmək üçün bizi hislərlə yaradıb. Həyatım boyu qazandığım sərvəti özüm ilə apara bilmərəm. Özümlə apara bildiyim yeganə şey – sevgi ilə əlaqəli xatirələrimdir. Sizinlə getməli olan, sizi müşayiət etməli və irəli getmək üçün güc verməli olan əsl zənginlik məhz budur. Sevgi böyük məsafələri qət etməyə qadirdir. Həyatın sərhədi yoxdur. Fəth etmək istədiyiniz zirvələrə sahib olun. Ürəyinizin çağırdığı yerə gedin. Bütün bunlar öz əlinizdədir. Pulunuz olduqda sizi istədiyiniz yerə aparacaq, işdə və yaxud evdə işinizi sizin əvəzinizə görəcək insanlar tuta bilərsiniz. Lakin heç kəs sizin xəstəliyinizi özünə götürməyəcək. Əldən verdiyimiz maddi əşyaları tapmaq, qazanmaq, axtarmaq olar. Lakin itirdikdən sonra tapa bilməyəcəyiniz bir şey var. Bu həyatdır. İndi yaşınızın nə qədər olduğu və yaxud nələrə nail olduğunuz önəmli deyil. Hər birimizin həyatında pərdələrin enəcəyi gün gələcək. Sizin xəzinəniz – ailənizə, sevdiyiniz insana, yaxınlarınıza, dostlarınıza olan sevgidir… Özünüzü qoruyun. Digərlərinin qayğısına qalın!” Stiv Cobs