Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
Düşünürəm də bir az, böyüyərək uşaqlıq etmişik. Turqut Uyar
Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur. Xalid Hüseyni
Əgər allahlardan biri mənə indiki yaşımdan uşaqlıq yaşıma qayıtmağa və beşikdə ağlamağıma imkan versəydi, mən əlbəttə ki, imtina edərdim və istəməzdim ki, məni bütün yarış məsafəsini qaçıb başa vurandan sonra əvvələ qaytarsınlar. Biz kimvrilərlə (kimvrilər- qədim alman tayfası) ilə müharibəni rəqiblərdən kiminsə əmr edəcəyinə görə yox, onlardan kimin mövcud olacağına görə etdik. Mark Tulli Siseron
Əgər biz gələcəyi keçmişi dərk etdiyimiz kimi dərk edə bilsək, o zaman ölüm günü bizə keçmiş qədər, məsələn uşaqlıq dövrü qədər yaxın olardı.Artur Şopenhauer
Hələ erkən uşaqlıq yaşlarımda özümü hər kəs kimi hesab etməmək kimi bir vərdişə sahib oldum. Sonralar məlum oldu ki, bu qızıl bir qayda imiş! Salvador Dali
Həyatda hər insanın hörmət etdiyi iki keçid var: uşaqlıq və əzab. Anri de Monterlan
... Siz öz illüziyalara dair baxışınızı mənimkilərlə qarışdırmayın. Siz dini illüziyaları var gücünüzlə müdafiə etməlisiniz. Əgər bu səhv fikirlərinizdən zərrə qədər şübhələnsəniz - bu, çox yüksək ehtimaldır - onda bütün həyatınız alt-üst olar. Bu zaman ümidsizliyə qapılmaqdan başqa çarəniz qalmaz. Sivilizasiyadan, bəşərin gələcəyindən, bir sözlə, hər şeydən ümidinizi üzərsiniz. Mənsə sizin kimi məhbus deyiləm. Mən və mənimkimilər azaddır. Çünki biz uşaqlıq arzularımızın çox önəmli bir hissəsindən imtina etməyə hər an hazırıq. Məhz buna görə də bəslədiyimiz ümidlərin illüziyaya çevrilməsinə asanlıqla dözürük. Ziqmund Freyd
Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu "oxumuşam, unutmamışam" sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam. Heydər Əliyev
Uşaqlığı sevin; onun oyunlarını, əyləncələrini, sevimli instinktini mükafatlandırın. Dodaqlarınızda həmişə gülüş, ruhunuzda sakitlik olduğu bu çağlar barədə bəzən təəssüflənməmisiniz? Jan Jak Russo