Anarxizm, insan zehninin dini hökmranlıqdan və insan bədəninin vətəndaş zülmündən azad olması üçün; Dövlətin zəncirlərindən və məhdudiyyətlərindən azad olmaq üçün mövcuddur. Fərdlərin sərbəst qruplaşmasına əsaslanan sosial sifarişdir. Emma Qoldman
Avropalılar arasında hər hansı bir müharibə vətəndaş müharibəsidir. Viktor Hüqo
Bir qarış torpağı hasarlayıb “bu torpaq mənə məxsusdur” deyən və sadəlövh insanları tapıb buna inandıran adam vətəndaş cəmiyyətinin əsl qurucusudur. Dirəkləri aşıran, sərhəd kimi xidmət edən xəndəkləri dolduraraq “bu yalançıya qulaq asmaqdan ehtiyatlanın!, hər şeyin sizə, torpağın isə heç kimə mənsub olmadığını unutsanız, məhv olacaqsınız!” deyərək insanlara müraciət edən adam nə qədər cinayətlərin, müharibələrin, fəlakətlərin, dəhşətlərin qarşısını almış olur. Jan Jak Russo
Biz tərbiyə adı altında uşaqlıqdan fəzilətə aparan, ədalətli şəkildə tabe olmaq və ya hökmranlıq etməyi bacaran mükəmməl vətəndaş olmağı arzu edən və ona can atmağa məcbur edən tərbiyəni nəzərdə tuturuq. Platon
Bütün döyüşlər vətəndaş müharibəsidir, çünki bütün insanlar qardaşdır. Fransua Fenelon
Bütün pisliklərin zirvəsi- bu, vətəndaş müharibəsində qələbə çalmaqdır. Mark Tulli Siseron
Ədalət dövlətin məqsədidir. Vətəndaş cəmiyyətin məqsədidir. Ədalət üçün daim mübarizə ediləcək. Aleksandr Hamilton
Əgər ilkin əxlaqi ideyaların əsasları sizdə yoxdursa, o zaman vətəndaş məqsədlərinizə nail olmaq üçün insanları nə ilə birləşdirəcəksiniz? Fyodor Dostoyevski
Ətraf mühiti təkcə qanunvericilik aktlarının tədbirləri ilə mühafizə etmək olmaz. Əhaliyə təbiəti mühafizə haqqında geniş məlumat vermək, onun yollarını göstərmək lazımdır. Hər bir vətəndaşın ekoloji mədəniyyətinin və savadının formalaşmasında təbliğatın rolu böyükdür. Həsən Əliyev
Qorxudan ağlını itirən, komada oturub tir-tir əsən mirzələri ləyaqətli vətəndaşlar hesab edənlər yanılırlar. Xeyr, onlar vətəndaş yox, faydasız mirzələrdir. Saltıkov-Şedrin
Qoy Vətən, vətəndaşların ümumi anası olsun; onların öz vətənlərində istifadə etdikləri faydanı onlar üçün əziz etsin; qoy hökumət onlara ictimai idarəçilikdə onların öz evlərində olduqlarını hiss etmələri üçün kifayət qədər pay versin ; qoy qanunlar onların gözündə ümumi azadlıq üçün yalnız zamin olsun. Jan Jak Russo
Mən valyuta bazarında heç bir tərəddüd etmədən spekulyasiya edirdim, hərçənd ki, həmişə iddia edirəm ki, onların dayanıqlığını təmin etmək lazımdır. Mütləq iki anlayışı fərqləndirmək lazımdır: bazarın iştirakçısı və vətəndaş. Siz bazarın iştirakçısı olanda qaydalara əsasən oynayırsınız. Amma vətəndaş ikən siz mütləq mükəmməl olmayan (naqis) sistemi dəyişməyə cəhd etməlisiniz. Corc Soros
Siyasi xadim olmaq yox, vətəndaş olmaq gərəkdir. Mənim üçün ən böyük and xalq qarşısında dediyim sözdür. Əbülfəz Elçibəy
Siz oğlunuzu və yaxud qızınızı valideynlik fərəhi xatirinə həyata gətirib tərbiyə etmirsiniz. Sizin ailənizdə, sizin başçılığınız altında gələcək vətəndaş, gələcək xadim və gələcək mübariz yetişir. Anton Makarenko
Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır. Hegel
Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Heydər Əliyev/Təhsil
Torpaq sahəsini çəpərləmiş ilk şəxs "bu mənimdir" deyə qışqırıb ona inanan sadəlövh adamları cəmləyə bilmişsə, vətəndaş cəmiyyətinin əsl banisi də odur. Jan Jak Russo
Uşaqlarım məndən soruşanda ki, nəyi öyrənsələr yaxşıdır, mən həmişə deyirəm ki, humanitar elmlər sahəsində mükəmməl təhsil almaq lazımdır. Mən tarixin öyrənilməsinə böyük əhəmiyyət versəm də, şəxsən mənim ünün uşaqlarımın ABŞ-da Vətəndaş müharibəsi döyüşlərinin bütün yerlərini və tarixlərini yadda saxlayıb-saxlamadıqlarının heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar mükəmməl şəkildə şifahi və yazılı nitqə yiyələnsinlər.Li Jakkoka
Vətəndaş müharibələrində hər şey bədbəxtlikdir. Amma bu müharibələrdə ən bədbəxt şey qələbə çalmaqdır. Qalib gəlməyinə kömək edənlərə güzəştə gedərək hətta öz istəyinin əksinə çox şeylər etmək lazım gəlir. Mark Tulli Siseron
Vətəndaş müharibəsində qazanılan hər hansı bir qələbə məğlubiyyətdir. Lukian
Vətəndaşın sevgi ilə gülü təsvir etməsindəki hissi rüşvətxoru ifşa etmək hissindən daha güclüdür. Çünki, birinci halda təbiətlə təmas, təbiətə sevgi movcuddur.Fyodor Dostoyevski