Ağıl və zəkanın nə olduğunu çox araşdırdım. Sonda, bunun düşüncəli cürətdən başqa bir şey olmadığını anladım. Napoleon Bonapart
Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz “mən”inin açılışıdır. Əbu Turxan
Az, amma dürüst bir zəka, zamanla çox amma pozğun bir zəkadan daha çox can sıxar. Fransua de Laroşfuko
Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov
Bir uşağın tərbiyə edərkən ilk düşüncən onun namuslu bir insan olmasıdır. Bunun üçün də əvvəlcə gözəl ürək, sonra zəkalı baş lazımdır. Deni Didro
Böyük zəka sahibləri üç şeydən birinin qurbanı olurlar: ya ehtiyac içində yaşayır, ya gənc ikən ölür, ya da dünyadan sonsuz köçürlər. Qautama Budda
Elm hələ zəka və ya istedadın dəlilik olub olmadığını öyrətməyib. Edqar Allan Po
Hər şəhərin nömrə kodunu əzbərdən bilib, xüsusi günləri unuda bilən zəkaya sahib insana Türk kişisi deyilirmiş. Can Dündar
“Hikmət”in yeddi növü var: birinci, zəka; ikinci, dərk sürəti; üçüncü, zehin aydınlığı; dördüncü, öyrənmə asanlığı (diqqət); beşinci, ağıl gözəlliyi; altıncı, hafizə; yeddinci, hazırcavablıq. Nəsirəddin Tusi
Xarakter zəkadan daha üstündür... Dahi qəlb yaşamağa güclü olacaqdır, həmçinin düşünməyə də. Ralf Uold Emerson
Xatırladığım qədəriylə, müqəddəs kitablarda zəkanı tərifləyən tək bir söz belə yoxdur. Bertran Rassel
İlahi həqiqətlər zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər. Allahı hiss edən qəlbdir. Blez Paskal
İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. Əbu Turxan
Söz, bilik zəkaya əsaslanarsa, inci kimi hamı onu qulağına taxar. Əhvədi
"Türkiyə cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, Türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey Türk Övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! .. Bu məlumdur. Lakin zəkanı unut! .. Daim çalışqan ol..." Mustafa Kamal Atatürk
Zəka hissləri maarifləndirir. Romen Rollan
Zəka mömünün bələdçisidir. Cəfər Sadiq
Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. Nəsirəddin Tusi
Zəka - şeylərin mahiyyətinin anlaşılmasıdır. Lao-tszı
Zəkanın arxasında qaçmayın, axmaqlığı tutarsınız. Şarl Lui Monteskyö
Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. Cəfər Sadiq
Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış və uçuşunun qarşısını almaq mümkün olsun. Frensis Bekon