Zərif
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir. Fridrix Nitsşe
- Adətən, düşmən hisslər zərif hisslərdən sonra meydana çıxır və onlar cinsi münasibətlərimizin əksəriyyətində hökmranlıq edən hisslərin ikili münasibətini yaxşı əks etdirir.[1] Ziqmund Freyd
- Ağıl və ehtiras zərif bir bədəndə mübahisə etdikdə, on haldan doqquzunda ehtiras qalib gələcək. Uilyam Şekspir
- Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik. Şeyx Ədabali
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
Ç
redaktə- Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Həta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqləninin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
E
redaktə- Etibarlı müdafiənin altında olmaq arzusu, zərif qayğıların predmeti olmaq, hər şeydə bir hüsn-rəğbət gözləmək, qadın xarakterinin ayrılmaz xüsusiyyətidir. Əgər bütün bu xüsusiyyətlərə təbii emosionallıq da əlavə edilərsə, o zaman qadın üçün kişidən imtina etmək çətin olur və qadına elə gəlir ki, o, aşiq olub. Teodor Drayzer
Ə
redaktə- Əgər ər-arvad uzun illər bir-birini sevirlərsə, o zaman bu sevgi şirin bir vərdişə çevrilir və qızğın ehtiras zərif bir dostluqla əvəz olunur. Jan Jak Russo
H
redaktə- Həqiqi sevginin izaha ehtiyacı yoxdur. Ehtiraslı öpus, dərin baxış, zərif bir əl sıxma, yaxud qucaqlama sözsüz də başa düşülür. Mayn Rid
İ
redaktə- İncə dildən qorun. Dil sadə və zərif olmalıdır. Anton Çexov
- İnsan könlü güldən zərif, daşdan bərkdir. Özbək atalar sözləri
K
redaktə- Kiçik bədənə malik insanlar zərif və mütənasib bədən quruluşuna malik ola bilər, amma gözəl ola bilməzlər. Aristotel
Q
redaktə- Qadın o qədər incə, o qədər zərif məxluqdur ki, onu gül yarpağı ilə də vurmaq olmaz. Hind atalar sözləri
- Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər. Miqel de Servantes
M
redaktə- Mən eyni zamanda bir- birini inkar edən həm gözəl, həm də zərif xüsusiyyətə malik qadına rast gəlməmişəm. Salvador Dali
S
redaktə- Sözün zahiri zərif, batini lətif olmalıdır. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq