İntuisiya dəqiq biliyi üstələyən bir şeydir. Şübhəsiz ki, beynimiz çox həssas sinir hüceyrələrinə malikdir və bu, məntiqi nəticələrin və ya zehni səylərin müəyyən edə bilmədiyi həqiqətləri hiss etməyə imkan verir. Nikola Tesla
İradəni tərbiyə et- bu, zehni qoruyan bir zirehdir. Abay Kunanbayev
“Qeyri-müəyyənlik zamanları” yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər. Varoluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illuziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır. Oşo
Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. Nəsirəddin Tusi