Ayıb
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adətin köləsinə çevrilmiş ruhda həqiqət axtarmaq, təbiəti tədqiq edən və sınaqdan keçirən fizik üçün ayıb deyilmi? Mark Tulli Siseron
- Allahın söhbətində səmimi olan, nə ayıb eşidər, nə də qulağına ayıb gedər. Əbdülqədir Geylani
- Ayıb söyləyənin ayıbını söylərlər. Türk atalar sözləri
B
redaktə- Bilməmək ayıb deyil, bilməyi diləməmək ayıbdır. Tatar atalar sözləri
- Bilməmək ayıb deyil, soruşmamaq ayıbdır. Azərbaycan atalar sözləri/B
- Bilməmək nə ayıb, nə də ziyanlı deyil. Heç kim hər şeyi bilə bilməz. Amma bilmədiyini bilmiş kimi göstərmək həm ayıbdı, həm də ziyanlı. Lev Tolstoy
- Bilmirsən soruş, soruşmaq ayıb deyil. Laz atalar sözləri
- Buynuzlu olmaq öküz üçün ayıb deyil. İndoneziya atalar sözləri
C
redaktə- Cahillikdə bəzənmədim, hayıf mənə, qocalıqda bəzənmişəm, ayıb mənə. Azərbaycan atalar sözləri/C
Ç
redaktə- Çağırram – eldən ayıb, çağırmanam – it itdi. Azərbaycan atalar sözləri/Ç
E
redaktə- Eşşəyə minmək bir ayıb, qayıdıb düşmək iki ayıb. Azərbaycan atalar sözləri/E
Ə
redaktə- Ədəbli qadın hətta danışığını da nümayiş etdirməməli, kənar şəxslərin yanında səsini çıxarmaq onun üçün onların yanında soyunmaq kimi ayıb olmalıdır. Çünki, səs, danışanın xasiyyətini, ruhunun xassələrini və əhval-ruhiyyəsini bildirir. Platon
K
redaktə- Kasıblıq ayıb deyil, zənginlik də. Kart Qoetz
- Kasıblıq ayıb deyil. Rus atalar sözləri
İ
redaktə- İstəmək ayıb deyil, oğurlamaq ayıbdır. Osetin atalar sözləri
- İstəmək ayıbdır, verməmək ikiqat ayıbdır. Kürd atalar sözləri
- İstəmək bir ayıb, verməmək iki ayıb. Azərbaycan atalar sözləri/İ
M
redaktə- Mən yaşayarkən özümə sənətçi deyə bilmərəm, çox ayıbdır. Ancaq on, iyirmi, qırx il sonra deyə bilərlər. Barış Manço
T
redaktə- Tahir olmaq da ayıb deyil, Zöhrə olmaq da, hətta sevda üzündən ölmək də ayıb deyil. Nazim Hikmət
Y
redaktə- Yoxsulluq ayıb deyil, ayıb olan zəhmət hesabına yoxsulluqdan azad olmağa səy göstərməməkdir. Fukidid
- Yola düşmək ayıb deyil, kənarda qalmaq ayıbdır. Osetin atalar sözləri
Z
redaktə- Zəhmət çəkmədən sərvət axtarmaq ayıbdır. Abay Kunanbayev