Düşmək
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Acını dadmamış şirini başa düşmək olmaz. Fin atalar sözləri
- Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır. Mişel Monten
B
redaktə- Başqasının sözlərini təkrar etmək, hələ bu sözlərin mənasını başa düşmək demək deyil. Mövlana Cəlaləddin Rumi
- Bəlaya düşmək istəmirsənsə, huşyar ol. Özbək atalar sözləri
- Bil ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən. Pol Oster
- Bu günü başa düşmək üçün keçmişi bilməyimiz lazımdır. Karl Saqan
C
redaktə- Cəhənnəmə düşmək asandır. Latın atalar sözləri
D
redaktə- Dağa çıxmaq çətindir, düşmək asan. Tatar atalar sözləri
- Düşmək cinayət deyil, düşüb qalmaq günahdır. Alman atalar sözləri
E
redaktə- Eşşəyə minmək bir ayıb, qayıdıb düşmək iki ayıb. Azərbaycan atalar sözləri/E
- Eyni dildə danışan insanlar deyil, eyni duyğuları paylaşanlar bir-birini başa düşərlər. Mövlana Cəlaləddin Rumi
G
redaktə- Günah və harama düşmək narahatlığıyla şübhəli şeylərdən uzaq dayanmadıqca ağılın faydası olmaz. Həzrəti Ömər
H
redaktə- Hər şeyi başa düşmək - əfv etmək deməkdir. Madam de Stal
- Həyat elə oyunlar oynayır ki, hara yapışsam düşürəm. Tam da klounun dediyi kimi, "ağlaya bilmədiyimdən gülürəm.." Pol Oster
Q
redaktə- Qadın sözləri ilə deyil, gözləri ilə danışır əslində buna görə onları başa düşmək üçün dinləmək yetməz, yalnız izləmək lazımdır. Fyodor Dostoyevski
- Qadınları sevirəm – Allahın yaratdıqları içərisində ən yaxşısı qadınlardır. Əgər qadınlar kişilər kimi olmaq, yəni bir pillə aşağı düşmək istəyirlərsə, nə edək, qoy etsinlər. Mel Qibson
Ö
redaktə- Öləndən sonra cənnətə yox, cəhənnəmə düşmək istəyirəm. Orada mən papalar, krallar və hersoqların cəmiyyətləri ilə həzz ala bilərəm. Cənnətdə isə yalnız dilənçilər, zahidlər və apostollar məskunlaşıb. Nikkolo Makiavelli
P
redaktə- Pis günə düşmək istəmirsənsə, axmaq adamla dostluq eləmə. Əfqan atalar sözləri
T
redaktə- “Tarixə düşmək” özü də uğur hesab edilir, amma ən böyük uğur tarixin qatarında bu günə gəlib-çatmaq və gələcəyə getməkdir. Əbu Turxan
Y
redaktə- Yola düşmək ayıb deyil, kənarda qalmaq ayıbdır. Osetin atalar sözləri