Dərhal
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adətən krallıqlara, bəyliklərə və respublikalara ziyan vuran saysız -hesabsız fəlakətlər olsa da, ən təhlükəli, mənim fikrimcə, dörddür: ixtilaf, ölüm, torpaq səmərəsizliyi və sikkə azalması. İlk üçü o qədər açıqdır ki, bundan xəbəri olmayan heç kim yoxdur, lakin sikkəyə aid olan dördüncünü az adam və yalnız ən dərin düşüncəli insanlar fərq edir, çünki bu dərhal və şiddətə səbəb olmur. Dövlətlərin çöküşü, onları tədricən görünməz hala gətirir. Nikolay Kopernik
- Allah atadan dərhal sonra gəlir. Volfqanq Amadey Motsart
B
redaktə- Bir də təkrar eləməyin nə mənası. Bu camaatın qanındadır, elə ki onların dedikləri ilə dərhal razılaşdın, onu iki dəfə təkrar etməkdən həzz alırlar. Cerom Selincer
- Bir dəfə təsadüfən ingilis səyyahı Con Franklinin kitabı əlimə düşdü. Müəllif kitabda üç həftədən çox bir müddətdə qar və boranla necə mübarizə apardığını və aclıqdan dəri çəkmələrini yediyini təsvir edirdi. Dərhal məndə belə bir hiss yaşamaq üçün istək baş qaldırdı.[1] Rual Amundsen
- Bir gün gələcək və sən hara getməli olduğuna qərar verəcəksən. Dərhal qərar verdiyin yerə getməlisən. Dərhal. Bir dəqiqə belə itirməyə haqqın yoxdur. Olmaz. Cerom Selincer
- Bir məqsədə nail olmaq istəyirsinizsə, nəzakətli və ağıllı olmağa çalışmayın. Kobud fəndlərdən istifadə edin. Hədəfi dərhal vurun. Geri qayıdın və yenidən vurun. Sonra çiyninizlə ağır zərbə endirin. Uinston Çörçill
- Bizim müttəfiqlərimiz, ən yaxın adamlarımız dedilər, yox, bir gün də gözləməyəcəyik. Mən Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdim. O, sutka ərzində, hətta sutkadan da tez mənə 200 milyon dollar borc verdi. Biz “Qazprom”a 187 milyon ödədik və yüz faiz hesablaşdıq
“Qazprom” 2010-cu ilin iyunun 21-dən Belarusa idxal olunan qazın həcmini əvvəl 15 faiz, sonra 30 faiz azaltmış, yığılıb qalan borcun dərhal ödənməsini tələb etmişdi. Moskva Minskin iki həftə vaxt vermək xahişini qəbul etmədiyindən Belarus prezidenti azərbaycanlı həmkarına üz tutmağa məcbur olub.[2] Aleksandr Lukaşenko
E
redaktə- Endryu Karnegi motivasiyanın altı qaydası:
- Sahib olmaq istədiyiniz pulun dəqiq miqdarını təyin edin. "Çox pula sahib olmaq istəyirəm" demək kifayət deyil. Konkret və konkret olun.
- İstədiyiniz sərvət üçün nə ödəməyə hazır olduğunuzu vicdanla söyləyin.
- Bu pula sahib olacağınız müddəti planlaşdırın.
- İstəyinizi yerinə yetirmək üçün konkret bir hərəkət planı hazırlayın və bunu həyata keçirməyə hazır olsanız dərhal hərəkətə başlayın.
- Düşündüyünüz hər şeyi yazın: pulun miqdarını, nə vaxt əldə etmək istədiyinizi, əvəzində nə bağışlamaq istədiyinizi, hərəkət planını.
- Hər gün yatmazdan əvvəl və səhər oyandıqdan sonra, gözlərinizi yumaraq, qeydlərinizi yüksək səslə, açıq şəkildə, aramla danışın. Oxuduqca təsəvvür edin, hiss edin və inanın ki, pul artıq sizə məxsusdur. Endrü Karnegi
Ə
redaktə- Əxlaq qanunlarını tapdalamağa heç gəlməz, dərhal qisaslarını alarlar. Lev Tolstoy
G
redaktə- General, siz boyca məndən bir baş ucasınız, amma əgər siz mənə qarşı kobudluq edəcəksinizsə, onda mən dərhal bu fərqi aradan qaldıracam. Napoleon Bonapart
H
redaktə- Heyvanları - yalnız laboratoriyalarda və muzeylərdə deyil, meşə və çöllərdə, dağlarda öyrənən kimi dərhal anlayırıq ki, müxtəlif növlər arasında və xüsusən də müxtəlif heyvan sinifləri arasında böyük bir döyüş və qırğın getsə də, eyni zamanda, eyni növə və ya ən azı, eyni cəmiyyətə mənsub olan heyvanlar arasında bir o qədər, bəlkə də daha çox qarşılıqlı dəstək, qarşılıqlı yardım və qarşılıqlı müdafiə mövcuddur. Ünsiyyətçilik də qarşılıqlı mübarizə qədər təbiət qanunudur. Təbii ki, hər iki fakt silsiləsinin nisbi ədədi əhəmiyyətini təxmini olaraq təxmin etmək olduqca çətin olardı. Ancaq dolayı sınağa müraciət etsək və Təbiətdən soruşsaq: "Ən uyğun olanlar kimlərdir: daim bir-biri ilə müharibə edənlər, yoxsa bir-birinə dəstək olanlar?" biz dərhal görürük ki, qarşılıqlı yardım vərdişləri əldə edən heyvanlar, şübhəsiz ki, ən uyğun heyvanlardır. Onların yaşamaq üçün daha çox şansları var və onlar öz siniflərində ən yüksək inkişafa və bədən quruluşuna nail olurlar. Bu fikri təsdiqləyən saysız-hesabsız faktlar nəzərə alınarsa, əminliklə deyə bilərik ki, qarşılıqlı yardım da qarşılıqlı mübarizə qədər heyvan həyatının qanunudur; lakin təkamül amili kimi o, çox güman ki, daha böyük əhəmiyyət kəsb edir, çünki o, növün saxlanmasını və daha da inkişafını təmin etmək kimi vərdişlərin və xarakterlərin inkişafına, eyni zamanda, ən böyük rifah və həyatdan həzz almasına üstünlük verir. Pyotr Kropotkin
K
redaktə- Köhnə dostlar bir vəzifəyə gələndə dərhal yeni dostlar axtarmağa başlayırlar. Bu vaxt köhnə dostlarını itirməyə başlayırlar. Həsən Nail Canat
- Könüllü olaraq dərhal ölümə getmək, uzun müddət cəhənnəm əzablarına, cansıxıcı ağrılara, cinayətkar talenin daimi iztirablarına və mərhumiyyətlərinə dözməkdən daha asandır. Qay Yuli Sezar
Q
redaktə- Qadınlar bizim onlara kiminlə xəyanət etməyə hazır olduğumuzu dərhal duyurlar, bəzən hətta bu, bizim ağlımıza gəlməmişdən əvvəl. Corc Bernard Şou
- Qeybət edən şəxs tacir kimi aldığı sözü dərhal satmaq məcburiyyətindədir. Con Cavel
M
redaktə- Mən yaşayıb həyatdan zövq alanda yazdığım əsər qış yuxusuna dalır və yalnız hərdən yuxuda sayıqlayır. Yaşaya bilməyib əzab çəkəndə isə əsərim dərhal cana gəlir, boy atıb böyüməyə başlayır. Belə çıxır ki, əsərlərim iztirablarımdan doğulur. İvo Andriç
- Mömin kimsə kiçik günahları da böyük görər. Peyğəmbər əfəndimiz: "Mömin kimsə, günahını dağ kimi görüb, öz üzərinə düşəcəyindən qorxar. Münafiq isə, günahını burnu üzərinə qonan və dərhal uçan ağcaqanad kimi görər" buyurdu. Əbdülqədir Geylani
- Mürəkkəb hadisələr haqqında dərhal qərar vermək ən böyük axmaqlıqdır. Mişel de Monten
Ö
redaktə- Öz zəifliyini bəlağətli ifadələrlə, nəcib prinsiplərlə gizlətməyə çalışan insanlar dərhal şübhə doğurur. Cəvahirləl Nehru
- Özünü yaxşı döşənilmiş bir evə aparan bir adam "Bir daha yerlərə tüpürməməsini" tənbehləyincə Diogen dərhal adamın üzünə tüpürər və "Buradan daha çirkli bir yer tapa bilmədim" deyər. Sinoplu Diogen
P
redaktə- Pələng düzə enirsə, dərhal itlər tərəfindən hücuma məruz qalır. Çin atalar sözləri
S
redaktə- Səhvi tapmaq həqiqəti tapmaqdan qat-qat asandır. Çünki səhv lap üzdə olur və onu dərhal sezə bilərsən, həqiqət isə həmişə dərindədir və onu tapmaq hər adamın hünəri deyil. Yohann Volfqanq Göte
Z
redaktə- Zəhəri dərhal içmək lazımdır: insan ya ölər, ya da sağ qalar. Onu siropla qarışdırıb qurtum-qurtum içmək iyrənc bir şeydir. Bədbəxtlik barədə yavaş-yavaş, asta-asta xəbər vermək insanı mişarla doğramaq kimidir... Rəşad Nuri Güntəkin
- Zəka ona deyilir ki, çoxlu hadisə və xüsusiyyətlər içərisindən ilk baxışda, dərhal, ani surətdə (şimşək sürəti ilə) özünə lazım olanı seçə, asanlıqla düzgün nəticə çıxara bilsin. Nəsirəddin Tusi
İstinadlar
redaktə- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
- ↑ Aleksandr Lukaşenko: “İlham Əliyevə müraciət etdim. Mənə 200 milyon dollar borc verdi”