Güllə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağızdan çıxan sözü, yaydan çıxan oxu, tüfəngdən çıxan gülləni geri qaytara bilməzsən. Kəlilə və Dimnə
- Ağzı tapança, dodaqları lülə, sözləri gecə gülləsi! Kiçik İsgəndər
- Atılan, lakin dəyməyən güllələr sonrakı müharibələrə saxlanılır. Rahid Ulusel
B
redaktə- Böhtandan ölməkdənsə, güllədən ölmək yaxşıdır. Əfqan atalar sözləri
C
redaktə- Cəsuru qorxudan boş güllə ən böyük qorxağı qorxutmaya da bilər. Fridrix Nitsşe
D
redaktə- Doğrudanmı, əclaf yalnız dueldə vuruşduğuna görə daha əclaf olmur? Hansısa yaramazın təhqir etdiyi dürüst insan nə haqla sinəsini güllə qabağına verməlidir?("Əziz dost" romanından Jorj Düryanın sözlərindən). Gi de Mopasson
G
redaktə- Güllə bir nəfəri, söz on nəfəri öldürər. Avar atalar sözləri
- Güllə səsi qədər sürətli keçər yaşamaq: Elə çətindir ki, gülləni havada, sevgini də ürəkdə tutmaq. Murathan Mungan
- Güllələriniz var, ancaq silahlarınızın boşaldığında mənim ölmüş olduğumu ümid edin. Əgər ayaqda qalsam silahlarınızı doldura bilmədən ölmüş olarsınız. V for Vendetta
H
redaktə- Hansı daha insaflıdır: əsgərin bədənini dəlib keçən, yoxsa orada ilişib qalan güllə?! Rahid Ulusel
- Həyatda sənə güllə atılarkən güllənin boşa çıxması qədər ruhlandırıcı heç nə ola bilməz. Uinston Çörçill
X
redaktə- Xəncərdə mərhəmət, güllədə söz olmaz. Avar atalar sözləri
K
redaktə- Kamil ovçu boşuna güllə atmaz. Azərbaycan atalar sözləri/K
- Keçmişinə daş atanın gələcəyinə güllə atarlar. Bəxtiyar Vahabzadə
Q
redaktə- Qarğa əli silahlı adamı görüb öz-özünə dedi: "Əgər onun ağlı varsa, məni vurmaz, yox əgər dəli isə — gülləsi mənə dəyməz. Abxaz atalar sözləri
M
redaktə- Marallar üçün cələni düzərək, mən onu iyləmək üçün yaxınlaşan elə birinci marala güllə atmıram, əvəzində cələnin ətrafında bütöv maral sürüsü toplaşana qədər gözləyirəm.[1] Otto fon Bismark
- Mərdə güllə kürəyindən dəyməz. Azərbaycan atalar sözləri/M
N
redaktə- Nə qədər uzun olsa lülə, bir o qədər uzun gedər güllə. Azərbaycan atalar sözləri/N
S
redaktə- Söz güllə, söz mərmi, söz qurşun gərək,
Söz müllət, söz ordu, söz qoşun gərək. Zəlimxan Yaqub
T
redaktə- Top atəşində doğulan güllə səsindən qorxmaz. Yapon atalar sözləri
Z
redaktə- Zülmün topu var, gülləsi var, qalası varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır. Tofiq Fikrət
İstinadlar
redaktə- ↑ Robert Qrin. Hakimiyyətin 48 qanunu. Bakı,2014. səh.55