“Ağlabatan hər şey gerçəkdir” fikri – qadın düşüncəsini, “gerçək olan hər şey ağlabatandır” fikri – kişi düşüncəsini əks etdirir. Tur Xander
Ağlımızın günahı ucbatından biz duyğu orqanlarımızın bizə təlqin etdiklərini təhrif edirik. Nə qədər ki, hisslərimiz təkamülü, dünyanın gərdişini, baş verən dəyişmələri göstərir, bizi aldatmır… Lakin Heroklit bu fikrində həmişə haqlıdır və dünya durduqca da haqlı olacaqdır ki, gerçəklik yalnız bir fiksiyadır. “Xəyali” dünya yeganə dünyadır: “gerçək” dünya isə nağıldan başqa bir şey deyildir. Fridrix Nitsşe
Bəlkə də yalançı dostlarına bir təşəkkür borclusan; sənə gerçək dostlarının dəyərini xatırlatdıqları üçün. Viktor Hüqo
Bir pivəniz və hava yolu şirkətiniz yoxdursa gerçək bir ölkə ola bilməzsiniz. Bir futbol komandasi ya da nüvə silahı da köməkçi olar, amma heç olmasa bir pivəniz olmalıdır. Frenk Zappa
Əgər gözəllik ilə gerçək arasından birini seçməm gərəksəydi, heç tərəddüd etmədən gözəlliyi seçərdim, çünki onun içində əsl həqiqətdən daha yüksək və daha dərin bir gerçək olduğuna inanıram. Anatol Frans
Fəaliyyətsizlik və tənbəllik ruh və bədənin gerçək donmasıdır. Vissarion Belinski
Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo
Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
Görünən, gerçək olsaydı elmə gərək qalmazdı. Karl Marks
Hər gün yüzlərlə xəyal qurar insan və heç biri gerçək olmaz; amma unutma, bir gün bir gerçək yaşayarsan, heç bir xəyala sığmaz. Pol Oster
Hər şeydən əvvəl yaxşı yaşa. Sırf təsadüfən bu dünyaya gəlmiş kimi, söz olsun deyə günlərini keçirmə. Əgər gerçək sevgini tanıyacaq qədər şanslısansa; bütün ürəyin, ruhun və bədəninlə sev. Həyatını elə yaşa ki; hər an öz əlini sıxa biləsən. Və hər gün heç olmazsa faydalı bir şey et ki; gecə yaxınlaşarkən örtüləri üzərinə çəkib öz-özünə; "Mən əlimdən gələni etdim" - deyə biləsən. Uilyam Şekspir
Həyatın içində olan hər şey, həm gerçək mənada həm də məcazi mənada, balanssızdır. Emil Çoran
Nəyisə gerçək ölçülərinə bərabər böyük çəkin. Kiçik şəkillərdə bütün böyük zəifliklər asan gizlənər. Böyüklərdə isə ən kiçik zəifliklər belə asan görülər. Leon Battista Alberti
Yalan, dörd nala gedər; gerçək, addım-addım yeriyər lakin, yenə də vaxtında yetişər. Norveç atalar sözləri
Yeni bir avtomobil sizi sadəcə bir neçə həftə xoşbəxt edər. Yeni bir ev bir neçə ay. Gerçək xoşbəxtliyin açarı “xidmət” dədir. Digər insanlara “kömək” etməkdədir. Aldıqlarımızın deyil, verdiklərimizin üzərinə inşa edilən bir həyat gerçək xoşbəxtliyi gətirər. Robin Şarma