A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağıl köhnəlməyən geyim, bilik tükənməyən mədən kimidir. Qırğız atalar sözləri
  • Artıq fəhlə üçün o qədər işlər görülüb ki, mənim gələcəyə ümidim və böyük ümidim var. Bir çox ölkələrdə iş saatları qısaldılmış və maddi cəhətdən qısaldılmışdır. Vaxt var idi ki, kişilər gündə on beş-on altı saat işləyirdilər. İndi, ümumiyyətlə, bir günlük iş on saatdan çox deyil və saatların daha da azaldılması tendensiyası var. Uzun müddətləri müqayisə edərək, əldə edilmiş irəliləyişi daha aydın dərk edirik. 1860-cı ildə fəhlələrin, fəhlələrin, mexaniklərin ildə qazandıqları orta məbləğ təxminən iki yüz səksən beş dollar idi. İndi təqribən beş yüz dollardır və bu gün bir dollar 1860-cı ildə olduğundan daha çox həyat üçün lazım olan əşyalar, daha çox yemək, geyim və yanacaq alacaq. Bu faktlar gələcəyə ümidlə doludur. Robert Qrin İngersoll
  • Başçı öz qıpçaqlarının hesabına geyinməməli və silahlanmamalıdır. Onun geyim və silahı adətlərin tələb etdiyi kimi, cüzi fərqlənməlidir. Onlar həm qiymətinə, həm də işlənməsinə görə həddən artıq seçilməməlidir. Atilla
  • Bədəninizə diqqət etməyiniz, mənliyinizə də diqqət göstərməyiniz anlamına gəlmir. Mənlik, geyim-keçim, vasitələr ya da mülk deyil. Mişel Fuko
  • Bu günün İngiltərəsində “Marks və Spenser” (məşhur geyim istehsalçısı – G.Ə) Marks və Engelsə qalib gəlib. Marqaret Tetçer
  • Dəb sadəcə geyimin sualı deyil. Dəb havada uçur, külək onu gətirir. Koko Şanel
  • Dizaynerlər geyimin içindəki qadınları unudublar. Qadınların əksəriyyəti kişilər üçün geyinir və onlara heyran olmağı istəyir. Amma onlar paltarlarını cırmadan hərəkət etməli, maşına əyləşməlidir. Yəni geyim təbii olmalıdır. Koko Şanel
  • Geyim insanı bəzəyir. Çılpaq insanlar cəmiyyətdə çox az, hətta heç bir təsirə malik olmurlar. Mark Tven
  • Geyim qadının ön sözüdür, bəzən də bütöv kitabdır. Nikola Şamfor
  • Geyim şirkəti - Satmaq istədikləri paltarların ölçüsündə adamlar tapmağa çalışan bazar. Adrian Dekursel
  • Fikri ifadə tərzi çox əhəmiyyətlidir: axı, ifadə tərzi üst geyimdirsə, fikir bu geyimə bürünən bədəndir. Fyodor Dostoyevski
  • İnsanda hər şey gözəl olmalıdır: üzü, geyimi, ruhu, fikirləri. Anton Çexov
  • Qadın sevimli kişinin yanında olanda o, kişinin geyimi barədə yox, tamamilə başqa şey barəsində düşünür. Stendal
  • Qadının üzünün ifadəsi onun geyimindən əhəmiyyətlidir. Deyl Karnegi
  • Qadınlar geyimlə birlikdə abırlarını da çıxarırlar. Herodot
  • Qənaət ona deyilir ki, nəfs yemək, içmək, geyim və başqa şeyləri asan ələ gətirdikdə də onların sərf edilməsində müəyyən hədd qoya. Nəsirəddin Tusi
  • Nalayiq sözlər eşitmək, şit zarafatlara qulaq asmaq, lağlağıların şahidi olmaqdan çəkindirməli, təlim-tərbiyə tapşırıqlarını yerinə yetirib tam yorulmayınca, ona yemək verilməməlidir. Elə etmək lazımdır ki, heç bir şeyi gizlətməsin, bir şeyi gizlətsə, qəbahətli işləri də gizlətməyə cəsarət edər. Çox yatağanlığı qadağan etmək lazımdır. Çox yatmaq zehni kütləşdirər, hafizəni öldürər, bədəni lırtlaşdırar, insanı süst edər. Gündüz yatmağa qoymamalı, yumşaq, rahat paltar geydirməməli, bərkə-boşa öyrətməli, yayda sərin sərdabə və nazik tüllərə, qışda isti otaq və qalın kürklərə öyrətməməli, çox yerimək, hərəkət etmək, at minmək, əziyyət çəkməyə adət etməli, əksləri qadağan olunmalıdır, oturub-durmaq qaydaları, susub-danışmaq üsulları öyrədilməlidir. Biz bu barədə aşağıda danışacağıq. Saçlarına xüsusi sığal verib, əyninə qadınlara məxsus bəzək-düzəkli paltar geydirməməli, ehtiyac olmadıqca barmağına üzük keçirməməlidir. Yaxın adamları, ata-babaları, mal-dövlətləri, yeyib-içimləri, geyim-gecimləri ilə lovğalanmağa icazə verilməməlidir. Hamıya qarşı təvazökar olmaq, yaxın adamlara hörmət qoymaq təlqin edilməli, özündən zəiflərə əl qaldırıb özündən güclülərə boyun əymək, tay-tuşlarına paxıllıq etmək qadağan olunmalıdır. Yalan danışmağın qabağı alınmalıdır, istər yalandan, istərsə doğrudan and içməyə yol verilməməlidir, and içmək, ümumiyyətlə, hamı üçün pis adətdir. Böyük adamların, bəlkə də, yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı ola bilməz. Nəsirəddin Tusi
  • Namus anlayışı, zaman, din, iqlim, ənənə və xüsusilə geyim şəklinə görə dəyişən qərarsız bir ərdəmdir. Əhməd Haşim
  • Pis geyinsəniz sizin geyiminiz hamının yadında qalacaq. Qüsursuz geyinsəniz sizi yadda saxlayacaqlar. Koko Şanel
  • Soyuqlar düşəndə ən axırıncı şam və sərv ağaclarının öz geyimlərini itirdikləri məlum olur. Konfutsi
  • Telekran dayanmadan əfsanəvi statistika püskürürdü. Əvvəlki il ilə müqayisədə daha çox ərzaq, daha çox geyim, daha çox ev, daha çox mebel, daha çox qazan, daha çox yanacaq, daha çox gəmi, daha çox vertolyot, daha çox kitab, daha çox körpə olmuşdu – xəstəlik, cinayət və dəlilikdən başqa hər şey çoxalmışdı. Corc Oruell
  • Ya paltar, ya da rəsm əsəri almaq lazımdır. Vəssalam. Yalnız çox zəngin adamlar hər iki şeyi ala bilirlər. Geyimə çox da əhəmiyyət verməyin, ən əsası isə dəb dalınca qaçmayın. Belə etsəniz, rəsm əsəri almağa da pulunuz qalar. Ernest Heminquey

İstinadlar

redaktə