Möhtac
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axmağın əlinin altında ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli yazıq sayılar. Qabusnamə
- Allah bu gözü o gözə möhtac eləməsin. Fars atalar sözləri
- Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanırsa, Allah da onu başqasına möhtac etməz. Şəms Təbrizi
- Ayrılığın ən incidici cəhəti, onun ucbatından itirdiyin insanlara yenidən möhtac olmağındır. Mişel Fuko
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
Ə
redaktə- Əmrindəkiləri bağışlamağı bilməyənlər, bir gün bu insanların əfvinə möhtac olarlar. Sədi Şirazi
X
redaktəH
redaktə- Heç kimə möhtac olmamaq üçün işləmək lazımdır. Bencamin Franklin
İ
redaktə- İlahi, bir əli o birisinə möhtac eləmə. Assuri atalar sözləri
- İnsanın həm məhrum, həm də möhtac olduğu şeyə qovuşması onun üçün həyatda ən böyük nəşə anıdır. II Mehmed
Q
redaktə- Qulun ürəyi Rəbbinə çatanda Rəbbi onu heç kimə möhtac etməz. Əbdülqədir Geylani
N
redaktə- Namərdə möhtac olma. Azərbaycan atalar sözləri/N
Ö
redaktə- Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə. Nizami Gəncəvi
P
redaktə- Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər. İmam Əli
S
redaktə- Sağ gözü sol gözə möhtac olmasın. Azərbaycan atalar sözləri/S