Afrika musiqisinin son dərəcə gözəlliyi ondan ibarətdir ki, ən kədərli mövzuda olsa belə, yenə də şən səslənir. Sən kasıb ola bilərsən, kardon qutudan tikilmiş evdə yaşaya bilərsən, işini itirə bilərsən, lakin musiqi həmişə sənə ümid verəcək. Nelson Mandela
Ağıllı olan insan danışarkən, danışdığı mövzudan çox kiminlə danışdığını düşünər. Artur Şopenhauer
Cəmi dörd mövzu mənim adımla bağlıdır: dövri qanun, qazların elastikliyi, məhlulların assosiasiya kimi başa düşülməsi və “Kimyanın əsasları”. Bu mənim sərvətimdir. Onu heç kimdən almamışam, özüm yaratmışam. Dmitri Mendeleyev
Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün halhazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyаn olamaz zənnindəyiz. Məmməd Əmin Rəsulzadə
Elə də əhəmiyyətli olmayan mövzular haqqında qərar verəndə baş verə biləcək bütün mənfi və müsbət halları nəzərdən keçirməyi həmişə faydalı hesab etmişəm. Ancaq iş və ya həyat yoldaşı seçimi kimi həyati məsələlərdə verilən qərarların daxilimizdən qeyri-şüuri şəkildə gəldiyinə inanıram. Məncə, həyatda bu cür vacib qərarlar verdiyimiz vaxt bizi yönləndirən qüvvə insan təbiəti üçün zəruri olan ən dərin ehtiyaclardan biridir. Ziqmund Freyd
Etiraf etməliyəm ki, əzab çəkmə faktı uzun müddət mənə yad olub. Məni bu mövzudan eşq agah etdi. İndi artıq buna dözə bilmirəm. Öldürmək bu mənada əzab çəkməkdən yaxşıdır. Dünən tam mənada dərk etdiyim şey doğrudan da ölmək arzusu idi. Alber Kamyu
Evlilik, bütün qadınların razılaşdığı, bütün kişilərin də razılaşa bilmədiyi bir mövzudur. Oskar Uayld
Həyatın öhdəsindən gəlmək üçün bir inanca ya da dinə bağlanmaları lazım olduğunu düşünən insanlar məncə qorxaqlıq edirlər; eyni rəftarı başqa bir mövzuda göstərsələr bu alçaldıcı bir vəziyyət olardı. Lakin mövzu din olduqda bu heyranlıqla qarşılanır, amma mən hansı mövzuda olursa olsun qorxaqlığa heyranlıq duymuram. Bertran Rassel
Xarakterlərin qarşılıqlı əlaqəsi nəticəsində yaranan ən incə reaksiyaları müəyyənləşdirmək mümkün deyil, çünki heyran olduğumuz mövzunun bizə nə dərəcədə təsir etdiyini heç kim bilmir. Teodor Drayzer
Mən hər dəfə bəhanə taparaq mərc etməyi sevirəm. Hər bir mövzu ilə bağlı. Məsələn: «Gəl mərc edək ki, mən oturacaqda səndən çox fırlana biləcəm» Bütün mövzularda «gəl mərc edək» ifadəsini işlədirəm. Ümumilikdə qalib gəlməyi çox sevirəm. Kellan Lats
Mövzu əvvəlcədən məlum olanlara və intuisiyaya əsaslanaraq öyrənilməlidir. Çanakya
Mövzu haqqında nə qədər çox mübahisə edilərsə, bir o qədər anlaşılmazlıq olur Pyer Büast
Müasir mövzu həqiqi, canlı, dolğun həyat deməkdir. Müasir mövzu müasir istedadlar deməkdir. İlyas Əfəndiyev
Öz fantaziyanıza sərbəstlik verərək və təkziblərdən qorxmayaraq danışılması mümkün olan yalnız iki mövzu var. Siz yuxuda gördüyünüzü, tutuquşundan eşitdiyinizi danışa bilərsiniz. Məhkəmə şahid ifadəsi vermək üçün nə Morfeyi, nə də tutuquşunu məhkəməyə buraxmaz, dinləyicilər isə sizin hekayənizə irad tutmağa risk etməzdilər. O.Henri
Özünüzə tək maneə sizsiniz, yolunuza davam edəcək tək insan da sizsiniz. Bu mövzuda kömək alacağınız tək insan da sizsiniz. Mixail Strabo
Yaradıcı, ağıllı bir insan güc arxasınca qaçmaz. Ağıllı insan başqaları üzərində hakimiyyət qurmaqla maraqlanmaz. Onun maraqlandığı mövzu, özünü bilməkdir. Bu səbəbdən, ən yüksək zəka xüsusiyyətinə sahib olan insanlar mistisizmə yönələr, ən çoxu güc arxasınca qaçar. O güc dünyəvi, siyasi ola bilər; pul ola bilər, milyonlarla insan üzərində ruhsal hakimiyyət qurmaq ola bilər, amma əsl istək, daha daha çox insana hökm etməkdir. Oşo
Yaradıcılıq, yalnız obyektləri bir-birinə bağlamaqdır. Yaradıcı qabiliyyətə sahib olan insanlara bir şeyi necə etdiklərini soruşduğunuzda, bu mövzuda özlərini bir az günahkar hiss edirlər, çünki əslində onlar nəsə etmədilər, sadəcə nələrisə gördülər. Stiv Cobs