Acı həyatla həyatsızlıq arasında bir seçim etməli olduğumu desələr, heç düşünmədən acı həyatı seçərəm. İnsanlar həyatın nə qədər acı olduğunu söyləsələr də, mən ümidimi heç vaxt itirmədim. Hələ ki, necə ümid itiriləcəyini öyrənməmişəm. Uilyam Folkner
Addımlarını, atdığımız sivilizasiya və yenilik addımlarına uydurmaq istəməyənlər nə talehsizdirlər! Bu kimilər hələ milləti aldadacaqlarını ümid edirlərsə bu ümidləri, özlərinin zərərə uğramalarından başqa bir nəticə verməyəcəyinə indidən əmin ola bilərlər. Mustafa Kamal Atatürk
Afrika musiqisinin son dərəcə gözəlliyi ondan ibarətdir ki, ən kədərli mövzuda olsa belə, yenə də şən səslənir. Sən kasıb ola bilərsən, kardon qutudan tikilmiş evdə yaşaya bilərsən, işini itirə bilərsən, lakin musiqi həmişə sənə ümid verəcək. Nelson Mandela
Axmaqlığın ən böyük dəlili, eyni şeyi dəfələrlə edib fərqli bir nəticə əldə etməyi ümid etməkdir. Albert Eynşteyn
Alim hər hansı bir fərziyyəni dinləməyə çalışan, lakin bunun ədalətli olub-olmadığını özü müəyyən edən insan olmalıdır. Fenomenlərin xarici əlamətləri alimin mühakimələrini bağlamamalı, sevdiyi bir fərziyyəyə malik olmamalı, məktəbdən kənar olmalı və heç bir səlahiyyətə malik olmamalıdır. Fərdlərə deyil, obyektlərə hörmət etməlidir. Bu keyfiyyətlərə zəhmət əlavə edilsə, təbiət məbədində pərdəni qaldıracağına ümid edə bilər. Maykl Faradey
Allaha üsyan edərək bir şeyə çatmaq istəyən kimsə ümid etdiyindən uzaqlaşaraq, qorxduğu şeyə yaxınlaşmaqdadır. İmam Hüseyn
Allahın sevgisi o demək deyil ki, biz Onu birinci sevməliyik. Əksinə O birinci bizi sevdi. Dünyanı yaradaraq bizim qayğımıza buraxdı, xoş xəbəri yaymaq üçün bizə Öz yeganə Oğlunu göndərdi və nəhayət günahsız Oğlunu çarmıxa çəkməklə bizim öz günahlarımızdan qurtarmağımıza yol açdı. İsanın dirilməsi vasitəsilə Allah əbədi həyat üçün bizə ümid verdi. Elə bu dəqiqə Allah səninlədir. O səni sevir və sən Ona sidq ürəkdən inananda və itaət edəndə O həyatdakı bütün düz və səhv şeylərdən sənin üçün yaxşını yaradır. Kim Daecanq
Bəziləri Allahdan bir şey ümid edərək ibadət edərlər; bu tacirlərin ibadətidir. Bəziləri də qorxaraq ibadət edərlər; bu da kölələrin ibadətidir. Bəziləri isə Allaha şükr olaraq ibadət edərlər; bu da azad insanların ibadətidir; bax ən fəzilətli ibadət də məhz budur. İmam Hüseyn
Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər. Fyodor Dostoyevski
Bircə sən döy. Bu dəfə qapıları üzünə taybatay açacam. Nəinki qapıları açmaq, səni bağrıma basıb zəif ürəyimə sıxacam. Bunun nə vaxtsa baş verəcəyinə bəslədiyim ümid kimi zəif olan ürəyimə. Xalid Hüseyni
Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümid elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır. Aqata Kristi
Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq. Volter
Bizi ömrü boyu müşayət edən ümid, hətta ömrün son saatında belə bizi tərk etmir. Aleksandr Pop
Ehtiras: bu ən böyük həzzdir, ali xoşbəxtlik və yüksək ümidin simvoludur. Fridrix Nitsşe
Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmış səkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, (...). Çarlz Bukovski
Elm adamlarının qiymətinin bilməyən, onlara layiq olduqları mükafatı verməyən ölkələr inkişaf edəcəklərinə ümid bəsləməsinlər. Volter
Güllələriniz var, ancaq silahlarınızın boşaldığında mənim ölmüş olduğumu ümid edin. Əgər ayaqda qalsam silahlarınızı doldura bilmədən ölmüş olarsınız. V for Vendetta
Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir. Aleksandr Pop
Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç şey hədiyyə edilmişdir: ümid, yuxu və gülmək. İmmanuel Kant
Hitlerin sisteminə nifrət etmək olar, amma onun vətənpərvərlik naliyyətlərinə heyran qalmamaq olmaz. Əgər bizim ölkəmiz məğlub olsa, ümid edirəm ki, bizdə də belə bir heyranedici, layiqli lider tapılacaq və o bizə yenidən cəsarət verəcək, başqa millətlər arasında yerimizi bizə qaytaracaqdır.Uinston Çörçill
Məni tanıyan hər kəsin sizə söyləyəcəyi kimi, məqbul biri deyiləm. Pis adamı sevdim həmişə, qanunsuzu, hərgələyi. Yaxşı işləri olan ağcaqanad qeydi təraşlı, qalstuklu tiplərdən xoşlanmam. Ümidsiz adamları sevərəm, dişləri qırıq, ağılları qırıq, yolları qırıq adamları. Marağımı çəkərlər. Kiçik sürpriz və partlamalarla doludurlar. Adi qadınlardan da xoşlanaram; corabları sallanmış, makiyajları axmış, sərxoş və söyüşbaz qadınlardan. Əzizlərdən çox azğınlar maraqlandırır məni. Sərsərilərin yanında rahatam, çünki mən də sərsəriyəm. Qanun sevməm, əxlaq sevməm, din sevməm, qayda sevməm. Cəmiyyətin məni şəkilləndirməsindən xoşlanmam. Çarlz Bukovski
Mümkünsüz bir şeyə ümid etmək kamil intellekt göstəricisidir. Oskar Uayld
Müvəffəqiyyətlərdə qüruru məğlub etmək, fəlakətlərdə ümidsizliyə müqavimət göstərmək lazımdır. Mustafa Kamal Atatürk
Tunelə girəndə diqqətli olun, ümid sandığınız işıq qatarın farası da ola bilər. Çarlz Bukovski
Türkiyə həm Türk dünyasının, həm də islam aləminin ümid işığıdır. Bu işığın sönməsi həm islam aləminin, həm də Türk dünyasının qaranlığa basdırılması deməkdir! Cövhər Dudayev
Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir ("Füyuzat" jurnalından)
Ümid çılpaq həqiqətləri gizlədən bir pərdədir. Alfred Nobel
Ümid edirəm ki, mən hesab etdiyim bütün titullardan ən qibtə ediləni olan səmimi adam xarakterini qoruyub saxlamaqda sarsılmazlıq və kifayət qədər comərdlik əldə edəcəyəm. Corc Vaşinqton
Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır. Fridrix Nitsşe
Ümid hər şəraitdə lazımdır. Yoxsulluğun, xəstəlik və əsarətin əzabları bu rahatlıq olmadan dözülməz olardı. Samuel Conson
Ümid içimizdəki o şeydir ki, əksini sübut edən bütün dəlillərə baxmayaraq, ona çatmaq və onun üçün çalışmaq və onun uğrunda mübarizə aparmaq cəsarətimiz varsa, bizi daha yaxşı bir şeyin gözlədiyini israr edir. Barak Obama
Ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir. O bu yolçuluğa çıxarkən həm qəlbi, həm əqli, həm dəduyğuları saflaşdırır. O uzağı yaxın edən dəyər, yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir. Füyuzat jurnalı
Ümid qızıl kimidir, heç bir mühitdə paslanmaz. Ümid almaz kimidir, onu heç nə kəsə bilməz. Demokrit