Maraqlı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
B
redaktə- Babalarımın kim olduğu mənə maraqlı deyil, mənə maraqlı olan nəvələrimin gələcəkdə kim olacağıdır. Avraam Linkoln
- Belə fikir var ki, xristian dininə bağlı olmasaq, hamımız üçün pis olar. Mənə elə gəlir ki, buna sadiq qalan insanlar çox pis insanlar olublar. Siz bu maraqlı həqiqəti görürsünüz ki, hər hansı bir dövrdə din nə qədər güclü və doqmatik inanc nə qədər dərin olsa, qəddarlıq da bir o qədər çox olmuş, vəziyyət də bir o qədər pis olmuşdur. İnsanlar həqiqətən xristian dininə bütün tamlığı ilə inandıqları zaman, bütün işgəncələri ilə birlikdə inkvizisiya var idi; cadugər kimi yandırılan milyonlarla bədbəxt qadın var idi; din adı altında hər cür insana qarşı hər cür qəddarlıq edilirdi. Siz dünyaya nəzər saldıqda görürsünüz ki, insani hisslərdə hər bir irəliləyiş, cinayət qanununda hər bir təkmilləşmə, müharibənin azaldılması istiqamətində atılan hər addım, rəngli irqlərə qarşı daha yaxşı rəftar istiqamətində atılan hər addım və ya köləliyin yumşaldılması, dünyada mövcud olan mənəvi tərəqqi, dünyanın mütəşəkkil kilsələri tərəfindən davamlı olaraq qarşı çıxdı. Mən tamamilə qəsdən deyirəm ki, öz kilsələrində təşkil olunmuş xristian dini dünyada mənəvi tərəqqinin əsas düşməni olub və indi də belədir. Bir fakt götür. Bu, xoşagəlməz fakt deyil, lakin kilsələr insanı xoşagəlməz faktları qeyd etməyə məcbur edir. Fərz edək ki, bu gün yaşadığımız dünyada təcrübəsiz bir qız sifilisli kişi ilə evlidir; bu halda Katolik Kilsəsi deyir: “Bu, ayrılmaz bir müqəddəslikdir. Bekarlığa dözməli və ya birlikdə qalmalısınız. Birlikdə qalsanız, sifilitik uşaqların doğulmasının qarşısını almaq üçün kontraseptivlərdən istifadə etməməlisiniz." Bu yalnız bir nümunədir. Hazırda kilsənin əxlaq adlandırmaq üçün seçdiyi şeydə israrla hər cür insanlara layiq olmayan və lazımsız əzablar verməsinin bir çox yolu var. Bildiyimiz kimi, o, böyük ölçüdə dünyada əzab-əziyyəti azaldan bütün istiqamətlərdə hələ də irəliləyiş və təkmilləşmənin əleyhdarıdır, çünki o, əxlaq kimi müəyyən dar davranış qaydalarını qeyd etməyi seçmişdir. insan xoşbəxtliyi ilə heç bir əlaqəsi yoxdur; və siz deyəndə ki, bu və ya digər şeylər etmək lazımdır, çünki bu, insan xoşbəxtliyinə səbəb olacaq, bunun heç bir əlaqəsi olmadığını düşünürlər. “İnsan xoşbəxtliyinin əxlaqla nə əlaqəsi var? Əxlaqın məqsədi insanları xoşbəxt etmək deyil". Bertran Rassel
- Bir-birini yalnız gözləri ilə tanıyan - hər gün, hətta saat başı görüşüb müşahidə edən və ya əxlaqdan, ya da əqli anormallıqdan maraqsızlıq təəssüratı saxlayan iki insanın münasibətindən daha maraqlı və yöndəmsiz bir şey yoxdur. Onların arasında laqeydlik və həddən artıq maraq, qeyri-təbii şəkildə yatırılmış ünsiyyət ehtiyacının isteriyası və bir növ gərgin hörmət var. Çünki insan onu mühakimə edə bilmədiyi müddətcə insanı sevir və ona hörmət bəsləyir, istək isə biliyin əskikliyinin məhsuludur. Tomas Mann
- Bir dəfə yaşayırıq, həyat hər kəsə bir dəfə verilir, bu isə çox azdır. Odur ki, həyatı daha parlaq, rəngarəng və maraqlı etmək üçün hər anın qiymətini bilməliyik. Lev Landau
- Birinci dəfə son dərəcə maraqlı görünən bir lətifəyə ikinci dəfə qulaq asmaq maraqsız olduğu kimi, insan üçün də bir dəfə yaşadığı halı ikinci dəfə yaşamaq çansıxıcı olardı. Nikolay Çernışevski
- Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir. Aleksandr Puşkin
- Bu, əsl vulkandır, baxışları od saçır, sən şahmat taxtasında mövqe qurmağa macal tapmamış o, müxtəlif variantları yağdırmağa başlayır. Fantaziyasının hüdudu yoxdur, çox dərin hesablamalar aparmağı bacarır. Hətta ilk baxışda tamamilə ümidsiz vəziyyətlərdə də mübarizəni davam etdirmək üçün maraqlı və qeyri-standart imkanlar tapır.[1] (Vüqar Həşimov haqqında) Vitali Tseşkovski
- Bunu başa düş, mən həqiqətə çatmaq istəyirəm. Həqiqət özü nə qədər çirkin olsa da, onu axtaranlar üçün həmişə maraqlı və gözəldir. Aqata Kristi
D
redaktə- Dünya səfehlik üzərində dayanır, onsuz Yer üzərində maraqlı heç nə baş verməzdi. Fyodor Dostoyevski
E
redaktə- Elm əyləncəli, maraqlı və sadə olmalıdır. Elm adamları da belə olmalıdır. Pyotr Kapitsa
- Elmdə maraqlı bir şey var. İnsan bu qədər cüzi bir sərmayədən belə topdansatış gəlir əldə edir. Mark Tven
- Evlilik, adətən səhv ünvanlanan, yalnız bağlı olduğu zaman maraqlı olan bir qeyd məktubudur. Branislav Nuşiç
Ə
redaktə- Əgər qüsursuz olsaydın, başqalarının qüsurlarını axtarıb tapmağa bu qədər maraqlı olmazdın. Anton Çexov
- – Əgər mənim fikrim sənin üçün maraqlıdırsa…
– Yox, maraqlı deyil, – qadın cavab verdi, – mənim öz fikrim var. Toni Morrison
- Əvvəl seksdən daha çox həzz almaq olurdu. Qadınlar intim münasibətlərdən həzz almağa başladıqdan sonra seks əvvəlki kimi maraqlı olmadı. [1] Levis Qrizzard
H
redaktə- Hər bir iş onu dəyişənə qədər maraqlı təsir bağışlayır. Terens Pratchett
- Hər zaman özünüzə təkrar edin ki, insanlar sizi dinləməkdə maraqlı deyillər. Nəyə görə onlar öz həyatları ilə deyil, sizin həyatınızla maraqlanmalıdır? Aqata Kristi
- Həyatım bioqrafiyalarda yazıldığı qədər maraqlı olmayıb. Vaynona Rayder
- Həyatımız pyes olduğu üçün maraqlı deyil, maraqlı olan orada bu qədər az iştirak edən şəxsin olmasıdır. Frederik Beqbeder
- Həyatın acınacaqlı olduğuna görə faciəli olduğuna inanmaq müəyyən ədəbiyyatın uğursuzluğudur. Həyat möhtəşəm və böyük ola bilər - bu, onun bütün faciəsidir. Gözəllik, sevgi və ya təhlükə olmadan yaşamaq demək olar ki, asan olardı. M.Sartrın qəhrəmanı isə ümidsizlik səbəblərini insanın bəzi böyüklük əlamətlərinə əsaslandırmaq əvəzinə, insanın iyrənc hesab etdiyi cəhətləri üzərində israr edəndə, bəlkə də, bizə əzabının əsl mənasını vermir. Həyatın absurd olduğunu başa düşmək son ola bilməz, ancaq başlanğıcdır. Bu, demək olar ki, bütün böyük ağılların başlanğıc nöqtəsi kimi qəbul etdiyi bir həqiqətdir. Maraqlı olan bu kəşf deyil, ondan çıxarılan nəticələr və hərəkət qaydalarıdır. Alber Kamyu
X
redaktə- Xəzinədar xəzinənin gəlirlərinin artırılmasında maraqlı, qiymətli daşların qiymətləndirilməsində təcrübəli, xarakter cəhətdən cəsarətli, dürüst və çalışqan olmalıdır. Çanakya
İ
redaktə- İçirəm ki, yan-yörəmdəki insanlar daha maraqlı görünsünlər. Ernest Heminquey
- İllüziyalar bizə maraqlı gəlir; çünki bizi əzabdan qurtarır, həzzə yönəldir. Elə ona görə hətta həqiqətlərlə mübarizə aparıb onları qırıq-qırıq edəndə də illüziyaları şikayətlənmədən olduğu kimi qəbul etməliyik.[2] Ziqmund Freyd
- İnsan əməyinin və yaradıcılığının tarixi insan tarixindən daha maraqlı və daha əhəmiyyətlidir. İnsan yüz il belə yaşamayıb ölür, amma onun əməli əsrlərlə yaşayır. Maksim Qorki
- İnsan həmişə insan üçün ən maraqlı hadisə olub və olacaq. Vissarion Belinski
- İnsanlara daha az, fikirlərə daha çox maraqlı olun. Mariya Küri
K
redaktə- Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim. Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış. Özdəmir Asaf
Q
redaktə- Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar. Aristotel
- Qəzetlərin maraqlı olmasını istəyiriksə, onları məhdudlaşdırmamalıyıq. II Fridrix (Prussiya kralı)
Ö
redaktə- Özümü yaxşı işi, maraqlı işi olan oğlan hesab edirəm. Conni Depp
S
redaktə- “Səhv” sözünü yığışdırın. Bunun əvəzinə dəqiqləşdirici sual verin və həmsöhbərinizə sizin də problemin həllində maraqlı olduğunuzu hiss etdirin. “Bu bizim gözlədiyimiz kimi olmadı. Gəlin problemi həll etmək yollarını düşünək və gələcəkdə bunun təkrarlanmasının qarşısını alaq,” demək “Sən səhv etdin. Bütün günahlar səndədir,” deməkdən qat-qat nəzakətli və faydalıdır. Larry King
- Səni heç vaxt gözləmədiyin başqa bir yerdə aldadacağam, hər ikimiz üçün daha da maraqlı olacaq. Leonid Andreyev
- Sizdən yüksəkdə olan insanlar axtarın (həmçinin, sizə maraqlı olanlar) və onlarla vaxtınızı keçirin. Bu özlüyündə vacibdir, amma nəticə də vacibdir – qrupda adi olmağa çalışmayın, ən yaxşı olmağa çalışın. (maraqlı şeylər edin, ambisiyalı, xeyirxah, hərisli biri olun) Culian Smit
T
redaktə- Tarixin ən ağır dərslərindən biri budur: uzun zaman aldadılmışıqsa, bunu üzə çıxaran bütün sübutları rədd edirik. Həqiqəti tapmaq bizə maraqlı deyil. Karl Saqan
- Televiziyada möhtəşəm aktyorlar, maraqlı süjet və heyrətamiz dialoqla möhtəşəm bir film görürsənsə, deməli bir reklamı izləyirsən. Erma Bombek
- Təkrar mənim üçün maraqlı deyil. Mən daha irəliyə necə gedəcəyimi bilmədiyim nöqtəyə çatmaq istəmirəm. Özünə məhdudiyyət qoymaq yaxşıdır, amma elə bir an gəlir ki, onda biz öz tikdiklərimizi dağıtmalı oluruq. Cozef Kudelka
- Təqdimatınız maraqlı deyilsə, düşüncəniz maraqlı olmadığı üçün; məhduddursa, bunun səbəbi özünüzün məhdud olmağınızdır. Cek London
Y
redaktə- Yaxşı, maraqlı kitab çoxlu bilik verir, çoxlu gözəl fikir oyadır. Nadejda Krupskaya
- Yaşlı, ağ saçlı, illərlə təcrübəsi olan və həyatından bir çox maraqlı hekayələr danışa bilən bir xanımdan daha yaxşı nə ola bilər? Brijit Bardo