“Ağıl… Mehribanlıq… Cəsarət…” Bunlar insanın, dünyanın hər yerində qəbul edilmiş üç mənəvi dəyəridir. Konfutsi
Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini sənə bir dildə bəyan edir.Bir dil ki sən hələ beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqs bağlayıbdır. Nəriman Nərimanov
Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. Demokrit
Əgər dostun sənə qarşı çox mehriban olub, demək ki, dostluq artıq pozulur. Uilyam Şekspir
Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”. “Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər. “Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər. “Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər. “Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər. “Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar. Nəsirəddin Tusi