Meymun — Məməli heyvan növü.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Həta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqləninin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
  • İnsanın meymun mənşəyini Qərbdə, İnsanın Tanrı mənşəyini Şərqdə kəşf ediblər. Yaşar Qarayev
  • Naməhrəm ilə xəlvətdə olmaq haramdır, hətta o, qadına meyl sala bilən yaxud qadının meyl sala biləcəyi heyvan, məsələn meymun olsa belə.[1] İbn Teymiyyə
  • Səhih əl-Buxaridə sabit olmuşdur ki: «Сahiliyyə dövründə Əba İmran bir meymunun (qadın cinsinə mənsub) başqa bir meymunla zina etdiyini görüb. Sonra meymunlar onun ətrafında toplaşıb və rəcm (daş-qalaq) ediblər.» Müasir dövrümüzdəki insanlar meymunlardan başqa heyvanlar, hətta quşlar tərəfindən də bu hadisənin eynisinin edildiyinin şahidi olublar.[2] İbn Teymiyyə
  • Su meymunun boğazına çıxanda balasını ayağı altına alar. Azərbaycan atalar sözləri/S
  • Vay, vay, vay, nə pissiniz... Gəlin meymun rəqsi edək. Coni Bravo

İstinadlar

redaktə