Ox
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağızdan çıxan sözü, yaydan çıxan oxu, tüfəngdən çıxan gülləni geri qaytara bilməzsən. Kəlilə və Dimnə
- Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər. Əli
- Arif ol, söhbəti müxtəsər eylə,
Uzun danışandan qaç, həzər eylə.
Yüz əyri ox atsan olmaz dəyəri,
Bir ox at, hədəfdən getməsin əyri. Sədi - Arqamakı ox öldürər, cavanı kasıblıq. (Arqamak - Türkmənistanda at cinsi.) Qırğız atalar sözləri
- Atılan ox daşa da dəysə qayıtmaz. Türkmən atalar sözləri
- Atılan ox geri dönməz. Oğuznamə
- Atılan oxu qaytarmaq olar, deyilən sözü yox. Koreya atalar sözləri
- Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər. Məmməd Araz
B
redaktə- Bir şeyə əmin deyilsənsə, hərəkət etməlisən. İki gərilmiş ipli ox-kamana malik olmaq, heç bir ipi olmayan ox-kamana malik olmaqdan daha yaxşıdır. Jül Vern
D
redaktə- Dəqiqələr sürünsə də, zaman ox kimi uçur. [1] Moses Mendelson
Ə
redaktə- Əgər Yer kürəsi kürə formasında və öz oxu ətrafında fırlanmasaydı, onda gecə ilə gündüzün uzunluğu bir olardı. Əl-Biruni
- Əyri ox mənzil almaz. Türk atalar sözləri
İ
redaktə- İnsanlara ox atmaq dil ilə daş atmaqdan daha asandır. Dil ilə atılan daş hədəfdən yan keçməz.[2] Süfyan Sevri
K
redaktə- Kimə ox atmağı öyrətdimsə ilk məni nişan aldı. Əli
Q
redaktə- Qələbəyə gedənə ox çatmır! Atilla
- Qürbət elə verilən qız qayalara atılan ox kimidir. Monqol atalar sözləri
N
redaktə- Necə ki oxçu oxların düz olmasına diqqət göstərər, usta da dağınıq düşüncələrini elə yığışdırıb istiqamətləndirər. Qautama Budda
O
redaktə- Ox bədəni, dil - ürəyi yaralayır Fars atalar sözləri
- Oxunu atıb, yayını gizlətmə. Azərbaycan atalar sözləri/O
- Otuzunda ox atmayan, qırxında qılınc çalmaz. Tatar atalar sözləri
Ö
redaktə- Öldürən ox, günahkar oxatan. Azərbaycan atalar sözləri/Ö
P
redaktə- Paxıl başqasına ox atar, ancaq özünü yaralar. [3] İsveç atalar sözləri
- Pis nişançı oxu günahkar bilər, pis hakim - xalqı. Monqol atalar sözləri
S
redaktə- Söz - ox deyil, amma ürək yaralar. Rus atalar sözləri
Ü
redaktə- Üç şey: atilmiş ox, deyilmiş söz və keçmiş günlər heç vaxt geri qayitmir. (G.F.Daumer)
Y
redaktə- Yaydan çıxan ox qayıtmır. İslandiya atalar sözləri