Qırx
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağıllıya qırx gün dəli desən, dəli olar. Azərbaycan atalar sözləri/A
- Alçaqlıq qırx ildən sonra da aşkar olar. Qırğız atalar sözləri
- Atı su içməyə bir nəfər gətirə bilər, ancaq onu su içməyə qırx nəfər məcbur edə bilməz. Mayn Rid
B
redaktə- Bir igid qırx ildə meydana gələr. Azərbaycan atalar sözləri/Mərdlik və igidlik
- Bir gün düz yediyin yerə, qırx gün salam ver. Azərbaycan atalar sözləri/Birlik və dostluq
- Bizim Qaimimiz qiyam edəndə Allah bəlanı bizim şiələrimizdən götürəcək, onların qəlblərini dəmir parçası kimi (möhkəm və qorxmaz) edəcək və onların hər birinə qırx kişinin gücünü verəcək. Onlar dünyanın ağa və başçısı olacaqlar.[1] İmam Səccad
Ə
redaktə- Əyri iş qırx ildən də sonra bilinər. Tatar atalar sözləri
G
redaktə- Gözəldən qırx gündə doymaq olar, gözəl xasiyyətdən qırx ildə də doymaq olmaz. Türk atalar sözləri
H
redaktə- Həyatımızın ilk qırx ili bir mətndir. Sonrakı otuz il isə mətnin əsl mənasını dərk etməyimizə kömək edən şərhlərdir. Artur Şopenhauer
İ
redaktə- İyirmi yaşında yaraşıqlı, otuz yaşında güclü, qırx yaşında zəngin, əlli yaşında ağıllı olmayan insan heç bir zaman yaraşıqlı, güçlü, zəngin və ağıllı ola bilməz. Corc Herbert
K
redaktə- Kim qırx gün qayğısız yaşasa, artıq yer cənnəti ilə mükafatlandırılmışdır. Talmud
Q
redaktə- Qadının qırx çırağı var, biri sönsə, o birini yandırar. Azərbaycan atalar sözləri/Q
- Qırx il bir-birinə nifrət və qorxu divarı üzərində canla-başla baxan ölkələr indi Avro-Atlantik təhlükəsizliyi gücləndirmək imkanlarına sahibdirlər. Corc Robertson
- Qırx il qıran olmuş, əcəli gələn ölmüş. Türk atalar sözləri
- Qırx ildir ki, dilənir, hələ bilmir ki, cümə haçandır. Fars atalar sözləri
- Qırx illik balığa üzmək öyrədir. Azərbaycan atalar sözləri/Q
- Qırx yaşına kimi aşiq olmayan insanın qırx yaşından sonra da aşiq olmaması məsləhətdir. Corc Bernard Şou
- Qırx yaşındakı bir qadın ancaq gəncliyində onu sevən kişilər üçün dəyərlidir. Stendal
- Qırxında öyrənən gorunda çalar. Azərbaycan atalar sözləri/Q
- Qudurmuş it qırx gün yaşar. Kürd atalar sözləri
M
redaktə- Mən həqiqətimi yeddi möhür və qırx qıfıl arxasında gizlətdim ki, pis insanlar bu həqiqətdən şər üçün istifadə etməsin. İbn Sina
- Mən yaşayarkən özümə sənətçi deyə bilmərəm, çox ayıbdır. Ancaq on, iyirmi, qırx il sonra deyə bilərlər. Barış Manço
- Müvəffəqiyyətsizlik üçün qırx milyon səbəb vardır ,amma bir tək üzr belə yoxdur. Redyard Kiplinq
N
redaktə- Novruzdan sonra qırx gün kötük yanar. Azərbaycan atalar sözləri/N
O
redaktə- Oğurluq ilə çəngilik qırx gün çəkər. Azərbaycan atalar sözləri/O
S
redaktə- Sarımsağı gəlin eləmişlər, qırx gün qoxusu çıxmamış. Azərbaycan atalar sözləri/S
T
redaktə- Tapançanın dolusu bir adamı, boşu qırx adamı qorxudar. Türk atalar sözləri
- Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. Əbu Turxan
İstinadlar
redaktə- ↑ Mişkatul-ənvar, səh.79