Mən diktator deyiləm. Deyirlər ki, mən böyük hakimiyyətə malikəm... Bəli, belədir. Mən istədiyim hər şeyi edə bilərdim. Çünki, mən alçaqlıq, qəddarlıq bilmirəm. Mən ürəkləri sındırmaqla yox, fəth etməklə idarə etmək istəyirəm. Mustafa Kamal Atatürk
Mən müharibənin amansızlığını və qəddarlığını bir çox insandan daha yaxşı bilirəm. İndi mən sülh üçün işləmək istəyirəm. Lakin bəşəriyyət davamlı sülhü necə əldə edə bilər. Ürəyin, düşüncənin və canın həqiqi sülhü yalnız İsa Məsih vasitəsilə gələ bilər. Mitsuo Fuçida
Məncə, quzunun həyatı insan həyatından heç də az qiymətli deyildir. Mən təsdiq edirəm: köməksiz hər bir varlığın insan qəddarlığından köməksiz olduğu qədər qorunmaq hüququ vardır. Mahatma Qandi
Mərhəmət olmadan ədalət qəddarlığa çevrilir. Ədalət olmadan mərhəmət, bir zəiflikdir. Petro Metastasio
Musiqi sədaları altında cərgədə addımlayanlara nifrət edirəm. Belələrinə əsas beyin səhvən verilib və onlar üçün onurğa beyni kifayət edərdi. Sivilizasiyanın bu cür rüsvayçılığına son qoyulmalıdır. Vətənpərvərlik adlanan və komanda ilə edilən qəhrəmanlığa, mənasız qəddarlığa və iyrənc mənasızlığa, müharibənin amansızlığına, mənasızlığına nifrət edirəm. Müharibə nə qədər amansız və mənasızdır. Mən tikə-tikə olmağı bu çirkin hərəkətin bir hissəsi olmaqdan üstün tuturam. Mən möhkəm əminəm ki, müharibə adı altında törədilən qətl elə qətl olaraq qalır. Albert Eynşteyn